PSJ-nin baş məşqçisi Luis Enrike ABŞ-da keçirilən dünya çempionatında meydançaların vəziyyətindən gileylənib.Sport1.az xəbər verir ki, o, stadionların durumundan narazı olduğunu bildirib:
"Meydançanın vəziyyəti mənim üçün önəmlidir. Və bunu oyunların hesabına baxmayaraq deyirəm. Buradakı vəziyyət Avropa stadionları ilə müqayisə oluna bilməz. Hər şey qaydasındadır, amma top dovşan kimi sıçrayır.
Ot örtüyünü suvarmaq lazımdır. Fasilədə etdilər və 10 dəqiqəyə meydan yenə qurudu.
Bu, aşkar problemdir, bəhanə deyil. FİFA belə halları nəzərə almalıdır. Təkcə stadionlar deyil, məşq meydançaları da eyni vəziyyətdədir. Biz topun daha çox dovşan kimi sıçradığı stadionlarda oynayırıq".
Sport1.az