Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Arif Məmmədzadə İspaniyanın Cunit şəhərində keçirilən beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb.Sport1.az xəbər verir ki, fərdi proqramda 14.050 xal toplayan idmançı bürünc medal qazanıb.
Üç gün davam edən turnirdə fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış edən digər yığma üzvləri mükafatçılar sırasında yer ala bilməyiblər.
Sport1.az