
Misli Premyer Liqasının 13-cü turunda "Zirə" səfərdə "Kəpəz"i məğlub etdi - 2:0.
Qarşılaşmadan sonra Bakı klubunun üzvü Leroy Mikels Sport1.az-ın suallarını cavablandırdı...
- Ümumilikdə matçı necə dəyərləndirərdiniz?
- Açığı, gərgin oyun alındı. "Kəpəz" bu mübarizəyə nə dərəcədə hazır olduğunu göstərdi. Amma ikinci hissədə bizim üçün işlər daha yaxşı alındı və düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik.
- Vurduğunuz gözəl qolu necə şərh edərdiniz?
- Düşünürəm ki, vurduğum qol bir az Kriştiano Ronaldonun qollarına bənzədi.
- Bu qolda Ronaldodan ilham almısınızmı?
- Nə dərəcədə ilham verdiyini dəqiq deyə bilmərəm, amma əksər komanda yoldaşlarım vurduğum qolu Kriştiano Ronaldonun qoluna bənzətdiklərini deyirlər.
- Qardaşlarınızla rəqib olaraq üz-üzə gəldikdə nə hisslər keçirirsiniz?
- Qardaşlarımla eyni çempionatda mübarizə aparmaq çox yaxşı hissdir. Artıq aramızda “kim daha çox qol vuracaq” rəqabəti var.
ZƏFƏR HACILI