son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ●

Mahir Emreli: "Qoldan sonra azarkeşlərdən çoxlu mesajlar aldım"

Bölmə adı Futbol / Manşet
Yayımlandı 16-03-2026, 10:02

Mahir Emreli Almaniyanın "Kaiserslautern" klubunda ötün gün qol vurması barədə danışıb.


Sport1.az xəbər verir ki, 28 yaşlı forvard bu barədə "Treffpunkt Betze" nəşrinə açıqlama verib.


O, II Bundesliqanın 26-cı turunda "Karlsruher" ilə keçirilən oyunda vurduğu qolla bağlı fikirlərini bölüşüb:


“Azarkeşlərdən çoxlu mesajlar aldım. Onların mənə inandığını hiss etdim. Derbi matçlarının atmosferi digər oyunlardan tam fərqlənir. Baş məşqçi ilə münasibətlərim yaxşıdır. Zədələndiyim dövrdə bir müddət komandadan uzaq düşdüm. Daha çox oyun vaxtı qazanmaq üçün nə etməli olduğumu məşqçidən soruşdum. O isə məşqlərdəki performansımdan razı qaldığını dedi. Hətta cəmi beş dəqiqə meydanda olsam belə, var gücümlə oynayır və özümü göstərməyə çalışıram”.


Qeyd edək ki, qarşılaşmada "Kaiserslautern" 3:0 hesablı qələbə qazanıb. 83-cü dəqiqədə oyuna daxil olan Mahir Emreli 90+4-cü dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR