Emreli qol vurdu, komandası qələbə qazandı – VİDEO

Bölmə adı Milli / Almaniya
Yayımlandı 15-03-2026, 18:44

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.


Sport1.az xəbər verir ki, “Kayzerslautern” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.


Qeyd edək ki, “Kayzerslautern” 2-ci Bundesliqada 40 xalla 7-ci, “Karlsrue” 34 xalla 8-ci sırada yer alıb. 

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR