son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ●

Flikin komandası Kroyffu geridə qoydu

Bölmə adı İspaniya
Yayımlandı 16-03-2026, 21:11

“Barselona” İspaniya çempionatının 28-ci turunda “Sevilya” üzərində inamlı qələbə qazanaraq yeni göstərici ilə yadda qalıb.


Sport1.az xəbər verir ki, kataloniyalılar cari mövsümdə La Liqanın ilk 28 turunun hamısında rəqib qapısına yol tapmağı bacarıb. Bununla da komanda Yohan Kroyffun rəhbərliyi dövründə qeydə alınmış göstəricini geridə qoyub.


1991/1992 mövsümündə niderlandlı mütəxəssisin çalışdırdığı kollektiv 28 turdan sonra 57 qol vurmuşdu. Hazırkı heyət isə bu mərhələyə qədər rəqib qapılarından 77 dəfə top keçirib.


Qeyd edək ki, “Barselona” – “Sevilya” qarşılaşması meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Klub tarixində bütün çempionat matçlarında qol vurmaq üzrə ən yaxşı nəticə isə 2012/2013 mövsümünə məxsusdur. Həmin mövsümdə kataloniyalılar turnirin bütün oyunlarında fərqlənməyi bacarmışdılar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR