
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda komandanı tərk edəcək.
Sport1.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, mankunianların rəhbərliyi braziliyalı futbolçu ilə bağlı qəbul olunmuş qərarı dəyişmək niyyətində deyil.
34 yaşlı dayaq yarımmüdafiəçisi yanvar ayında mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacağını açıqlamışdı. Təcrübəli futbolçu hazırda dördüncü mövsümünü “qırmızı şeytanlar”ın heyətində keçirir.
Qeyd edək ki, Kazemiro bu mövsüm Premyer Liqada 29 oyunda meydana çıxıb. Braziliyalı futbolçu həmin qarşılaşmalarda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.