son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ●

Azərbaycanlı pilot “Formula 4” testində tanınmış akademiyaların pilotları ilə eyni trasda

Bölmə adı Digər
Yayımlandı 16-03-2026, 09:43

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan "Autodromo Internacional do Algarve" trasında ikinci "Formula 4" test sessiyasını da uğurla tamamlayıb.


Sport1.az xəbər verir ki, 16 yaşlı pilot kartinq karyerasında əldə etdiyi uğurlardan sonra artıq peşəkar motorsportun növbəti mərhələsinə - "Formula" tipli tək oturacaqlı bolid yarışlarına keçib.


Portimao testləri onun üçün "Formula 4"ə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur. Test həftəsonu ərzində Davin Cəfərov "McLaren", "Mercedes", "Aston Martin" və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşüb.


Test proqramı çərçivəsində hər gün beş intensiv sessiya keçirilib. Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən qəzalara baxmayaraq, Davin bütün çıxışlarını uğurla tamamlayıb.


Onun növbəti mümkün "Formula 4" test sessiyasının üç ay ərzində İtaliyanın "Autodromo Nazionale Monza" trasında keçirilməsi planlaşdırılır

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR