10:52 30.05.2025 161

"Futbola qardaşım və oğlanlarla oynayaraq başlamışam" - MÜSAHİBƏ

Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə bu gün Litva yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, Rusiyanın "Krasnodar" klubunun 31 yaşlı hücumçusu futbola gəlişindən, karyerasından danışıb və bugünkü oyunla bağlı fikirlərini bölüşüb:

– Qarşıda milli komandamızı Litva ilə vacib oyun gözləyir. Həmin görüşdən gözləntiləriniz nədir?

– Yeganə gözləntimiz qələbədir. Çünki bizi B Liqasına yalnız qələbə yüksəldə bilər. Meydanda əlimizdən gələni edəcəyik ki, 3 xalı qazana bilək.

– Qrupda birinci yeri tutmaq üçün Litva ilə oyunda mümkün qədər çox qol vurmaq lazımdır. Bu, komandada əlavə təzyiq yaratmayacaq?

– İlk növbədə, qələbəni təmin etməliyik. Daha sonra top fərqini artırmaq üçün mübarizə aparmaq lazımdır ki, mövqeyimizi yaxşılaşdıraq. Düşünmürəm ki, bu, komandaya əlavə təzyiq yaradacaq. Bizim əsas işimiz meydanda sona qədər mübarizə aparmaq və istədiyimiz nəticəyə nail olmaqdır. Amma bunun asan olmayacağını yaxşı bilirik. Buna görə də oyuna maksimum səviyyədə hazırlaşırıq.

– Ümumiyyətlə, millinin UEFA Millətlər Liqasının cari mövsümündəki çıxışını necə qiymətləndirirsiniz?

– Çox yaxşı qiymətləndirirəm. Komandamız bəzi oyunlarda əsas futbolçular olmadan mübarizə aparmalı olsa da, uğurlu nəticələr əldə etdiyimizi düşünürəm. Ancaq işimiz hələ bitməyib, davam etməliyik. Qarşıdakı matçın nə qədər vacib olduğunu hər birimiz yaxşı anlayırıq.

– Kapitan kimi paltardəyişmə otağında komandaya necə motivasiya verirsiniz?

– Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram. Elə hallar olur ki, onları məşqlərdə və ya oyundan əvvəl toplantılarda etməyə çalışıram ki, oyunçularımız maksimum hazır və motivasiyalı olsunlar. Paltardəyişmə otağında da müəyyən söhbətlərimiz olur. Hər görüşün nə qədər önəmli olduğunu komanda olaraq bilirik, ancaq bunu bir daha hər kəsin diqqətinə çatdırıram. Bütün komanda yoldaşlarıma güvənirəm. Hamımızın məqsədi ölkəmizi layiqincə təmsil etməkdir.

– Bir az da özünüzdən danışın: Futbola necə gəlmisiniz və bu idmanla neçə ildir məşğulsunuz?

– Artıq 15 ildir milli komandanın üzvüyəm. Futbola qardaşımla və oğlanlarla birlikdə oynayaraq başlamışam. Qardaşımın və ailəmin böyük dəstəyi sayəsində bu gün bu səviyyəyə qədər gəlib çatmışam.

- Uzun müddətdir milliyə dəvət alırsınız. Sizin üçün ən yaddaqalan oyun hansı olub?

– Milli komandanın hər oyunu mənim üçün vacib və önəmlidir. Çünki hər qarşılaşmada tökdüyüm alın tərim var. Milli formanı geyinərək keçirdiyim hər matç mənim üçün əzizdir – fərq etməz, qələbə qazandıq, ya da məğlub olduq. Millidə çıxış etmək hər bir futbolçu üçün qürurdur.

– Bəs ilk oyununuzu xatırlayırsınız?

– Əlbəttə, 2010-cu ildə - 16 yaşımda əsas heyətin üzvü kimi Uels millisinə qarşı oynamışdım.

– Karyeranızda vurduğunuz ən vacib qol hansıdır?

– Mənim üçün vacib olmayan qol yoxdur. Vurduğum hər qol əziz və önəmlidir. Çünki hər qolun, hər məhsuldar ötürmənin öz gözəlliyi və özəlliyi var.

– Komandanın hər hansı oyunöncəsi ritualları varmı?

– Qarşılaşmadan əvvəl milli musiqilərimizə və vətənpərvər ruhda mahnılara qulaq asırıq. Xüsusi bir ritualımız olmasa da, hər kəsin etdiyi dua var. Həmişə Allaha şükr edib, dualarımızı edirik. Bunun bizim üçün çox vacib və əhəmiyyətli olduğunu düşünürəm.

– Futbola başlamaq istəyən gənc qızlara nə tövsiyə edərdiniz?

– Öz üzərilərində çox çalışsınlar. Kənardan deyilən mənfi fikirlərə qulaq asmasınlar. Qulaq asdıqları insanlar yalnız valideynləri olsun. Təhsillərinə də önəm versinlər və heç vaxt qarşılarına qoyduqları məqsədlərdən imtina etməsinlər. Daim mübariz, əzmkar olsunlar. Uğura gedən yol heç vaxt asan olmur. Ona görə də dözümlü olsunlar. Çəkdikləri əziyyətin qarşılığını bir gün ən gözəl şəkildə alacaqlar.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək