son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Çempionlar Liqasının finalı: Qiymətlər bəlli oldu

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 16-03-2026, 20:18

2025/26 mövsümünün UEFA Çempionlar Liqasının final qarşılaşması üçün bilet qiymətləri açıqlanıb.


Sport1.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. UEFA-nın məlumatına görə, finala vəsiqə qazanacaq hər iki komandanın azarkeşləri üçün ümumilikdə 17 200 bilet ayrılacaq.


Final oyunu üçün biletlər bir neçə kateqoriya üzrə satışa çıxarılacaq. Azarkeşlər üçün nəzərdə tutulan ən ucuz biletin qiyməti 70 avro təşkil edir. Digər kateqoriyalar üzrə qiymətlər isə belədir: üçüncü kateqoriya 180 avro, ikinci kateqoriya 650 avro, birinci kateqoriya isə 950 avro.


UEFA-nın rəsmi saytında ümumi satış üçün müraciətlərin qəbulu artıq başlayıb. Biletlər ənənəvi qaydada püşkatma yolu ilə müəyyən ediləcək. Finala ev sahibliyi edəcək stadionun tamaşaçı tutumu təxminən 67 min nəfərdir.


Xatırladaq ki, ötən mövsüm keçirilən final qarşılaşmasında PSJ İtaliyanın “İnter” komandası üzərində 5:0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Cari mövsümün final matçı isə 30 may tarixində keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR