son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Nə qədər istəsələr provokasiyaya cəlb etsinlər..."  – Yuri Vernidub

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-03-2026, 21:12

Misli Premyer Liqasının 24-cü turunda "Neftçi" səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:


"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Maraqlı oyun alındı. "Qəbələ" uduzmağına baxmayaraq onların oyunu mənim xoşuma gəlir. Hakimliklə bağlı onu deyə bilərəm ki, bu cür davam edərsə hər şey yaxşı olacaq. Qəbələdə çox gözəl futbol mərkəzi var. Stadion superdir. Məşq üçün də çox gözəl meydançaları var."


Avrokuboklara vəsiqə uğrunda mübarizə mövzusuna da toxunan mütəxəssis bunları qeyd edib: " Avrokuboklara getməməyimiz faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var. Əlimizdən gələni edəcəyik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdır."


Ötən turda keçirilən "Turan Tovuz"la matçdan sonra rəqibin baş məşqçisi Kurban Berdıyevlə görüşməsindən sonra Ukrayna mətbuatında xoş qarşılanmamasından da söz açan Vernidub məsələyə belə yanaşıb: "Yazılanlar mənə maraqlı deyil. Bilmirəm, Berdıyevin neçə pasportu var. Bildiyim qədərilə o, türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi də eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr provokasiyaya cəlb etsinlər. Mən futboldayam və işimə davam edirəm".

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR