son dəqiqə SON DƏQİQƏ
Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır - "Marafon"da daha bir hücumçu İdmançılarımız medal qazana bilmədilər - Azərbaycan I Liqası: II və III turun oyun cədvəlləri açıqlanıb "Şəmkir"dən günün ikinci transferi İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri

“Gəncədə keçiriləcək Avropa Kuboku xüsusi əhəmiyyət daşıyır”

Bölmə adı Cüdo
Yayımlandı 17-03-2026, 00:22

Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır.


Sport1.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu ACF-nin mətbuat xidmətinə açıqlamasında bildirib.


Qurum rəsmisi Gəncənin Avropa Kubokuna ev sahibliyi etməsi barədə danışıb:


“Ölkəmiz dördüncü dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. Azərbaycan beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmiz uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan Azərbaycan artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır”.


R.Rəsullu yarış üçün 13 ölkədən 210 idmançının qeydiyyatdan keçdiyini bildirib:


“Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır. Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir”.


Qeyd edək ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək. Həmin yarışdan sonra, aprelin 6–8-də Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR