son dəqiqə SON DƏQİQƏ
Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub

Ruy Jorje: “Fernandu Santuşdan Azərbaycan haqqında çox yaxşı şeylər eşitdim”

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 16-03-2026, 16:30

Azərbaycanın U-20 milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuş Ruy Jorjenin mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ona ünvanlanan sualları cavablandırıb:



- Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı 1,7 il ərzində çox yaxşı təcrübə keçə biləcəyik. Bu müddət ərzində bərabər olacağıq. Təşəkkür edirəm. Suallarınıza cavab verməyə hazıram.




- Bundan əvvəl həmyerliniz Fernandu Santuş ölkəmizdə işləyib. Onunla hansısa söhbətiniz olub? Burada hansısa uğur qazanacağınızı düşünürsüz?

- Uğur qazanmaq üçün bunun üzərində işləmək, çalışmaq lazımdır. Uğur idman nəticələrindən asılıdır. Buna nə mən, nə də hansısa məşqçi zəmanət verə bilməz. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən, əzmkarlığından asılıdır. Onlar üzərlərində çalışmalıdılar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. fernandu Santuşla danışıb-danışmadığıma gəlincə, əlbəttə həm özü ilə, həm də köməkçiləri ilə danışdım. Müqavilə imzalamamışdan öncə danışmışdım. Həm ölkə, həm də insanlar haqda çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən, rəftarından yaxşı şeylər eşitdim. Bura gəldiyim ilk gündən gördüm ki, Santuşun dedikləri ilə üst-üstə düşür.



- Azərbaycan yığması Portuqaliya deyil, azərbaycanlı futbolçular isə portuqaliyalı futbolçular deyil. Əsas milli üçün hazır oyunçu tapmaq çətindir, qalmışdı ki, U-20 yığması üçün. Necə edəcəksiz ki, 18-20 yaşlı futbolçular oynasın? AFFA-ya hansısa təklif irəli sürəcəksiz?

- Hazırkı vəziyyətdə bununla bağlı hansısa söhbətim, təklifim olmayıb. Çempionatla tanışam, tam dəqiqliyi ilə deyə bilmərəm ki, oyunçuların çempionatda çox oynamaması formata görədir, ya başqa səbəbə görə. Təcrübəmə əsasən bir şeyi bilirəm ki, oyunçuların yetişməsi üçün klubların görəcəyi iş çox önəmlidir. Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya millisi deyil, Azərbaycan millisinin üzvləri də Portuqaliya millisində çıxış edən oyunçular deyil. Amma biz Portuqaliya U-20 yığması ilə uğur qazananda, Portuqaliya U-21 yığması reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir.



- Fernandu Santuş futbolumuz haqda sizə nə deyib?

- O, əsas millidə çalışırdı, mən U-20 yığmasının baş məşqçisiyəm. Ona görə futbol haqda danışmamışam. Çünki onun millidə tələbləri, oyunçu səviyyəsi ilə mənim millimdəki səviyyə eyni deyil. Danışığımız ancaq ölkə haqda idi.



- 2013-cü ildə Portuqaliyanın U-21 yığması Azərbaycana 2:0 və 3:0 hesabı ilə qalib gəlmişdi və futbolçularımızı tərifləmişdiniz. İlk dəfə Azərbaycan yığmasından təklif olanda, U-19 və ya U-21 millilərimizin oyunlarına baxdınız?

- Əlbəttə ki, dərhal 2013-cü ildəki oyunları xatırladım. Hazırda da beynimdə dərhal matçın harada keçirildiyini, hətta 2-ci qolu necə vurmağımızı da xatırlayıram. Bernardo Silvanın debüt oyunu idi, Azərbaycanda oynamışdı. Hamısını yaxşı xatırlayıram. AFFA rəhbərliyi ilə danışıqdan öncə U-19 yığmasının oyunlarını izləmişəm. Çünki istəyirdim məndə ideya olsun və onlarla danışım. Azərbaycanın Malta, Polşa ilə oyunlarını izləmişəm.



- Bu oyunçularla 1 ildən sonra nə edə bilərik?

- Çexiya, Şimali İrlandiya ilə oyunlara da baxdım. U-19 yığmasının qrup mərhələsindəki matçlarını izlədim. Ardınca isə Sloveniyaya qarşı matça baxmışam. Sistem olaraq bilmək istəyirsiz ki, biz necə çıxış edəcəyik? Bu mövzuda son qərarlarımızı verməmişik. Öncə futbolçuların keyfiyyətini qaldıracağıq, sonra digər məsələlərə keçəcəyik.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR