
Erediviziyada 27-ci turun oyunları keçirilir.
Sport1.az xəbər verir ki, "Volendam" doğma meydanda "Fortuna Sittard" klubuna 1:2 hesabı ilə məğlub olub. Ozancan Kökçü oyuna start heyətində başlayıb. 60-cı dəqiqədə millimizin üzvü əvəzlənib.
Hazırda “Volendam” 27 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.