son dəqiqə SON DƏQİQƏ
Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

"İmişli"nin baş məşqçisi üsyan etdi: "Açıq-aşkar təhqirlər eşidilirdi"

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 25-04-2025, 12:55

"İmişli"nin baş məşqçisi Fərid Namazovun Sport1.az-a müsahibəsi

- Mövsümdə "Qəbələ"ni məğlub edən ilk komanda oldunuz. Nə hisslər keçirirsiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. Bu görüşə çox yaxşı hazırlaşmışdıq. "Qəbələ"nin bu mövsüm heç bir komandaya məğlub olmaması bizim üçün ayrı bir motivasiya idi. Azarkeşlərimizin önündə xal itirmək istəmirdik. Tək "Qəbələ"ni məğlub etmək yox, Premyer Liqa yolunda yerimizi təmin etmək üçün qələbə bizə mütləq şəkildə lazım idi. 90 dəqiqə ərzində tamamilə üstün olan tərəf biz idik. Əlbəttə, rəqibimizin də bir çox təhlükəli epizodları oldu, bu, normaldır. Qalib gəlsəydilər, çempion olacaqdılar. Buna imkan vermək istəmirdik. Çox sevincliyik. Növbəti oyunlara daha da diqqətli şəkildə hazırlaşacağıq.

- Bu qələbə ilə artıq "İmişli"nın Premyer Liqaya layiq bir klub olduğunu göstərmiş oldunuz?
- İstər futbolçular, istər mən tərəfdən çox önəmli bir addım atmış olduq. Fikirləşirəm ki, öz üzərimizdə daha çox işləmək lazımdır. Təkcə bu qələbəylə yetinmək olmaz. Hələ ki, Premyer Liqaya vəsiqəni tam təmin etmədiyimiz üçün nəsə dəqiq bir şeylər söyləyə bilmərəm. Hər şey dəqiqləşdikdən sonra bununla bağlı nələrsə demək daha düzgün olar.

- Oyunun 90 dəqiqəsi tamam olmuş rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadze stadionu tərk etdi. Matçdan sonra sizi təbrik etdi?
- Yox. Heç bir təbrik olunmadı. Oyun ərzində, əsasən də rəqib hesabda geri düşdükdən sonra aqressiv hərəkətlər göstərirdilər. Açığı bunlar bizi maraqlandırmır. Bizi maraqlandıran tək şey özümüzük. Düşünürəm ki, hakimlərimiz hər iki tərəfə də eyni münasibəti bəsləməlidirlər. Burada nəsə gizlədiləsi bir şey yoxdur. Açıq-aşkar təhqirlər eşidilirdi və bunlara heç bir reaksiya verilmədi. Hansısa bir azərbaycanlı məşqçi nə isə deyəndə günahkar olur. Açıq-aşkar görsənirdi ki, rəqib komandanın baş məşqçisi bir çox təhqirlər edirdi. Provokasiyalar da oldu. Məncə, bu kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməlidir.

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR