son dəqiqə SON DƏQİQƏ
Dieqo Rosa "Qarabağ"da Günün oyunları: "Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının

Kurban Berdiyev: “İkinci hissədə daha bütöv oynadıq və qələbəyə layiq idik”

Bölmə adı Azərbaycan / Premyer Liqa
Yayımlandı 2-11-2025, 18:50

“Turan Tovuz” Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda “Şamaxı” üzərində 2:1 hesablı qələbə qazanıb.

Sport1.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında matçı dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb:

“Təxmin etdiyimiz kimi, ağır oyun oldu. ‘Şamaxı’ bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik”.

- İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiz?
- Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Bir az sakitləşmişdilər.

- Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdüz ki, bəlkə bir müddət sonra oynayardınız?
- Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsüz. Oyunla bağlı danışaq.

- “Turan Tovuz” hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu sizi qayğılandırır?
- Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə o da oynayır.

- Ayxan Abbasov bildirdi ki, hər iki komanda bir xala layiq idi. Siz necə düşünürsüz?
- İkinci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.

- Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?
- Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əslində ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR