son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

Sərxan Hacıyev gələcək planlardan danışdı: "20 futbolçunun 17-sinin milliləşdirilməsi gözlənilmir"

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 16-03-2026, 16:02

U-20 yığmamıza təyin olunan Rui Jorjenin mətbuat konfransı keçirilib.



Sport1.az xəbər verir ki, konfransın açılışında AFFA-nın icraçı vitse prezidenti Sərxan Hacıyev fikrini bildirib.



Hörmətli media nümayəndələri. Hər birinizi xoş gördük. Müqəddəs Ramazan bayramı və qarşıdak gələn Novruz bayramınız mübarək. Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına ev sahibliyi edəcək. Azərbaycan da ev sahibi kimi bu turnirdə iştirak edəcək. Ötən həftə U-20 yığmamızın baş məşqçisi Jui Jorgenin təyinatı rəsmiləşdi. O, futbolçu karyerasına malikdi. Milli komandada 45 oyun keçirib. U-20 komandasının baş məşqçisi olub. İnanıram ki, bu təyinatın milli komandamıza müsbət təsiri olacaq. Rui Jorgedən başqa iki köməkçisi də daimi olaraq Azərbaycanda yaşayacaq. Onlara yerli gənc məşqçilərdən biri də təyin olunacaq, kömək edəcək. Həm də portuqaliyalı məşqçilərin yanında təcrübə qazanacaq. O haqda indi məlumat verə bilməyəcəyik.


 
- Jorgenin yarım milyon dollar maaş alacağı deyilir.
- Bu günə kimi müqavilə şərtlərini açıqlamamışıq. Konfidensial olaraq saxlanılır. Müqavilənin şərtləri açıqlanmayacaq.


 
- Fevralın 19-u İcraiyyə Komitəsinin iclasında baş məşqçinin dəqiqləşdiyi bildirilmişdi, amma açıqlanmadı. Niyə?
- Mətbuatda da tam anlaşılmamışdı. Bir neçə namizəd üzərindən məsələyə baxılırdı. İclasdan sonra hüquqi prosedurlar yerinə yetirilməli idi. Bundan sonra təyinat açıqlandı.



- Jorgenin digər namizədlər arasında seçilməyinin səbəbi nədi?
- Təcrübə. Ən azı, təcrübə. U-21 Portuqaliya milli komandasında təcrübəsi var. Bu məqamlar əsas götürüldü.


 
- Baş məşqçinin qarşısına qoyulan hədəf nədi?
- Əsas məqsəd odu ki, elə komanda formalaşsın ki, səviyyəli millilərlə oyunda mübarizə aparsın, döyüşsün. Bundan sonra nəticələrə baxacağıq. Gələcək haqda DÇ-dən sonra bilinəcək.


 
- Yarış neçə şəhərdə, hansı stadionlarda olacaq? Hazırlıq prosesində gecikmirik?
- Xeyr, gecikmə yoxdu. FİFA ilə sıx əlaqədəyik. Daxildə bütün əlaqələr yaradılıb. 15 dekabrda ölkə başçısı tərəfdən sərəncam imzalandı. Sıx əlaqə başlamaqdadı, yaradılıb. Bu dəqiqə üçün hüquqi sənədlər üzrə işlər gedir. Hansı şəhərlərdə olacağı haqda dəqiq deyə biləcəyim Bakıdı. Digərləri üzrə işlər gedir. FİFA nümayəndəsi bir müddət əvvəl Bakıda olmuşdu. Bakıdan başqa azı bir şəhər olacaq. Açılışın Bakıda olacağı barədə də işlər gedir. Gündəlik əlaqədəyik. Yarışın keçirilmə tarixləri üzrə də danışıqlar gedir. Sentyabrın ortasından başlamalıdı.


 
- DÇ-də ev sahibi kimi layiqli oynamağa məcburuq. Əvvəllər AFFA kütləvi milliləşdirmə reallaşdırmışdı. İndi də belə ehtimal gözlənilir?
- Birmənalı deyə bilərəm ki, kütləvi baş verməyəcək. Azərbaycan əsilli, valideynlərindən biri azərbaycanlı olan olması əsas şərtlərdəndi. Bu məsələni baş məşqçi də qeyd etmişdi ki, əsas futbolçunun istəyi olsun. 20 futbolçunun 17-inin milliləşdirilməsi gözlənilmir.


 
- Maliyyə baxımdan problem olmaz. Amma futbolda problemimiz var, vaxt da azdı. Nəyi əsas götürüb, baş məşqçiyə pozitiv enerji ötürmüsüz ki, burda uğur qazana bilər?
- Təcrübəsi önəmli idi. Onun bizə təqdim etdiyi plana uyğun addım atacağıq. Bu komanda ilə hazırlaşanda baş məşqçi təlim-məşq toplanışının artırılması və beynəlxalq komandalara qarşı yoxlama oyunları ola bilər. Amma bunun təsdiqini baş məşqçi təqdim etməlidi.



Məhəmməd Hüseynov

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR