"Mançester Yunayted"in futbolçusu Bekhemin rekordunu üstələdi

Bölmə adı İngiltərə
Yayımlandı 16-03-2026, 10:48

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş klubun tarixinə düşməyi bacarıb.


Sport1.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Aston Villa"ya qarşı keçirilən və "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda portuqaliyalı yarımmüdafiəçi iki məhsuldar ötürmə ilə yadda qalıb.



Bununla da Bruno bu mövsüm Premyer Liqadakı məhsuldar ötürmələrinin sayını 16-ya çatdırıb. O, bu göstərici ilə klubun əfsanəsi Devid Bekhemin rekordunu qırıb. Bekhem 1999/2000-ci illər mövsümündə "Mançester Yunayted"in heyətində Premyer Liqada 15 məhsuldar ötürmə müəllifi olmuşdu.

Müəllif: Mirze