son dəqiqə SON DƏQİQƏ
"Zirə" "Payde"yə qarşı - Azərbaycan klubunun 2 futbolçusu qəzada faciəvi şəkildə öldü - KL: "Neftçi" Bolqarıstanda Belarus klubu ilə üz-üzə gəlir UEFA Avropa Liqası: "Qarabağ" cavab matçına çıxır - Premyer Liqa klublarının yay transferləri Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşib 22 yaşlı müdafiəçi “Şamaxı”da ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı

Finalissima keçirilməyəcək – RƏSMİ

Bölmə adı Digər turnirlər
Yayımlandı 15-03-2026, 18:22

UEFA Finalissima-2026 oyununun keçirilməyəcəyini açıqlayıb.


Sport1.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.


Qərara səbəb tərəflərin qarşılaşmanın tarixi və keçiriləcəyi məkanla bağlı razılığa gələ bilməməsi olub. Argentina və İspaniya milli komandaları arasında nəzərdə tutulan matç Qətərdə keçirilməli idi. Lakin Yaxın Şərqdə hərbi gərginliyin artması səbəbindən bu variantdan imtina edilib.


UEFA-nın məlumatına görə, Argentina yığması matçın Madriin “Santiyaqo Bernabeu” stadionunda keçirilməsi təklifini qəbul etməyib. Həmçinin Madrid və Buenos Ayresdə iki oyundan ibarət qarşılaşma variantı da razılaşdırılmayıb. Martın 27 və ya 30-da Avropada başqa stadionda oyun keçirmək ideyası da nəticə verməyib.


Argentina tərəfi görüşün 2026 dünya çempionatında sonra keçirilməsini təklif etsə də, bu plan da təsdiqlənməyib.


Qeyd edək ki, Avropa çempionu ilə Amerika Kubokunun qalibini qarşılaşdıran Finalissima ilk dəfə 2022-ci ildə təşkil olunmuşdu. Həmin oyunda Argentina millisi İtaliya üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR