21:33 26.10.2025 299

Qurban Qurbanov xarici hakimlərin Premyer Liqa matçlarını idarə etməsini istəyir? - ÖZÜ AÇIQLADI

Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ" "Şamaxı" ilə heç-heçə etdi - 0:0.

Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq, hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də beş dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz da. Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq, temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbiləşirlər, oyundan çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək".

- Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini yara bilmədiniz?
- Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.

- Növbəti turda "İmişli" ilə qarşılaşacaqsınız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?
- Xeyr. Oynayacağıq.

- Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.

- Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil, Olimpiya stadionunda keçirilməsi gündəmdədir. Belə bir hal baş verərsə, "Qarabağ"ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?
- Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin, 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.

- "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?
- Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır.

- Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?
- Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəməyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyacımız yoxdur.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:38

DÇ-2026: Noyer bu göstəricidə 6-cı oldu

23:56

Danimarkalı yarımmüdafiəçi “Beşiktaş” yolunda

23:27

DÇ-2026: Almaniya - Ekvador: HEYƏTLƏR

22:48

Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib

22:24

Onana Türkiyədə qalacaq

21:54

Taekvondoçumuzdan beynəlxalq turnirdə qızıl medal

21:38

Kolo Muani “Yuventus”a qayıdır?

20:56

PSJ-nin futbolçusu Ukrayna klubunda

20:33

AFFA iki klubun şikayətini təmin etdi

20:12

Braziliya millisinin üzvü “Çelsi”nin hədəfində

19:56

Yamaykalı vinger “Qarabağ”da - RƏSMİ

19:14

Fransalı müdafiəçi Premyer Liqada klubunu dəyişə bilər

18:42

Voleybol məşqçiləri üçün seminar keçirilib

18:21

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

Fransa - Norveç matçı təxirə salına bilər

17:32

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

17:30

"İnter"də yeni müqavilə

17:07

Mundialda tarixi rekord

16:48

Montelladan azarkeşlərə müraciət

16:29

FIFA-dan 5 oyunluq cəza

16:06

Ançelotti 16 illik İtaliya lənətini qırdı

15:52

Milli üzvü klubunda qalmaq istəyir

15:15

"Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"

15:05

DÇ-2026-da bombardirlər yarışı

14:49

50 milyon avroluq tələb

14:29

Adı “Neftçi” ilə hallanan futbolçu Super Liqa klubunda

14:04

Almaniyanı İspaniyaya dəyişir

13:53

Azərbaycanlı qapıçı "Barselona"ya geri qayıtdı

13:31

Azərbaycan çempionatı keçiriləcək

13:03

Premyer Liqa klubu Abbasovla vidalaşdı

12:48

"Qəbələ"də yeni müqavilə - RƏSMİ

12:28

"Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi"

12:02

Neymar əfsanələrin sırasına qoşuldu

11:49

"Çelsi"nin futbolçusu üçün danışıqlar başladı

11:30

52 il sonra ilk qol

11:01

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

10:50

"Sumqayıt"dan "Səbail"ə - RƏSMİ

10:26

FIFA-nın yeni dünya çempionatı Azərbaycanda

10:01

Hidayət Heydərov çəkisini dəyişir, Kotsoyev zədəlidir

09:45

DÇ-2026: Pley-offa yüksələn 13 komanda məlumdur

09:20

Meksika və Cənubi Afrika milliləri play-offda

09:00

DÇ-2026: C qrupunda pley-offa vəsiqə qazananlar

00:58

DÇ-2026: Son tura start verilib

23:54

Ceko 150-yə çatdı

23:23

Məşqçilər üçün I dan dərəcəsi üzrə seminar start götürüb

22:45

Seneqallı futbolçu “Fənərbaxça”da - RƏSMİ

22:17

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

21:23

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

20:57

37 yaşlı qapıçı “Tottenhem”də

20:33

Cüdo üzrə region birincilikləri keçiriləcək

20:06

Azərbaycanda çalışan bu mütəxəssislər UEFA Pro lisenziyasına yiyələndilər - ÖZƏL

19:28

Yunan-Roma güləşində ilk çempionlar müəyyənləşib

18:58

Millimizin baş məşqçisi imtahandan kəsildi - ÖZƏL

18:26

15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək

18:00

Millidə 50-ci oyununa çıxan ən gənc futbolçu

17:32

"Real" ekvadorlunu istəyir

17:14

"Neftçi"dən üçüncü transfer - RƏSMİ

17:07

Kəmər dərəcələri imtahanı keçiriləcək

16:35

50 milyon avroluq təklif

16:06

"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı

15:50

AFFA-nın təşviq mexanizmi: Hansı klublar qazandı?

15:30

"Yuventus"un qapıçısı Türkiyə yolunda

15:05

"Arsenal"ın müdafiəçi üçün tələb etdiyi məbləğ

14:37

“Zirə”də ayrılıq - RƏSMİ

14:27

"Yuventus"un təklifi qəbul olunmadı

14:04

23 illik yaş fərqi ilə eyni meydanda

13:48

İstanbul klubunun istədiyi müdafiəçi

13:29

“Araz-Naxçıvan”dan növbəti transfer

13:03

"Atletiko"dan FİFA-ya şikayət

12:50

Modriçin yubileyi – dördüncü oldu