
İtaliya A seriyasına yüksələn 3-cü komanda da müəyyənləşib.
Sport1.az xəbər verir ki, ötən gecə B seriyasında pley-off mərhələsinin cavab oyunu keçirilib.
A seriyasına vəsiqə uğrunda qarşılaşmada "Monza" və "Katanzaro" komandaları üz-üzə gəlib.
Görüş "Katanzaro"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda "Monza" eyni hesabla qalib gəldiyi üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2.
Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası keçirilməyib. B seriyasında mövsümü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vuran "Monza" çempionatı 5-ci sırada bitirən rəqibini qabaqlayaraq elitaya vəsiqə qazanıb.
"Monza" ötən mövsüm A seriyasından B seriyasına düşmüşdü.
Xatırladaq ki, "Venetsiya" və "Frasinone" B seriyasında ilk iki pillənin sahibi kimi elitaya vəsiqə qazanıb.