22:36 21.04.2026 112

Rəşad Sadıqov: “Bu il ən gərgin oyunumuzu keçirdik”

"Zirə" Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"la qolsuz heç-heçə edərək finala yüksəlib.


Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Olduqca stressli oyun keçdi. Matçdan qabaq da buna hazırlaşmışdıq. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Ondan sonra rəqib riskə getdi. Biz də sonradan müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm. Layiqli mübarizə apardılar”.


- "Turan Tovuz" standart vəziyyətlərdə güclüdür, amma onlara epizod vermədiniz. Bunun sirri nədə idi?
- Hansısa sirri yoxdur. Çempionatda növbəti turda yenə "Turan Tovuz"la oynayacağıq. Bilmək olmaz nə olacaq. Bu gün sadəcə uğurlu alındı.


- Birinci matçda baş verən hadisələr var idi. Bu müzakirələr, həmin epizodlar komanda və sizin üzərinizdə basqı yaradırdı?
- Təbii olaraq müəyyən basqı yaradır. Biz də başa düşürük ki, bəzən bu iradlar haqlı olur. Başa düşürük ki, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Ola bilsin hakimlər və rəqib üzərində basqı yaratmaqdan ötrü taktiki gedişatlar olur. Epizodlara gəldikdə, sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi gəlir. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod "İmişli" - "Qəbələ" oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. "Qarabağ"la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir. Hər iki komanda finala layiq idi. Birinci oyunda yaxşı fürsətlər yaxaladıq, istifadə etdik. "Turan Tovuz" da finala layiq idi. Biz daha şanslı olduq.


- Finalda rəqibin kim olmasını istəyərdiniz?
- Elə cütlükdür ki, oradan kimisə özünüzə arzulamırsız. İmkan olsa, ikisi ilə də oynamarsan(gülür). "Qarabağ"ın final təcrübəsi böyükdür. "Sabah" isə bu mövsüm çempionluğa oynayır. İndidən kimisə arzulamaq olmur.


- "Turan Tovuz" rəhbərliyinn açıqlaması media və azarkeşlər tərəfindən tənqid olundu. Belə fikirlər var idi ki, Ehtiram Quliyevin açıqlaması peşəkar səviyyədə deyil. O açıqlamanın bugünkü oyunda şəxsən sizə təsir edirdi? Uduzsanız, çox pis təsir edərdi?
- O açıqlama məni çox məyus etdi. Məsələ hakimi tənqid etməkdən getmir. Penaltilərim verilməsəydi, mən də olsam, tənqid edərdim. Amma orada bəzi açıqlamalar var ki, məyusedicidir. Çox emosional olub.


- "Turan Tovuz" azarkeşlərinin sizə qarşı şüarları haqda fikriniz necədir? Növbəti oyununuz Tovuzda olacaq...
- Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsaz, deyərlər. Dedim ki, "Turan"da oynayacam. Şəhəri çox sevmişdim, azarkeşləri də. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. "Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevimşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb. Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Bir çoxları məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda izləmək daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Stadiona zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir.


- "Qarabağ"ın bugünkü durumu elədir ki, komandada yorğunluq var, futbolçulrın fikri başqa yerdədir. Komandanın problemi haqda nə düşünürsüz? Sıxıntılı vəziyyətəddə olan "Qarabağ"la qarşılaşmaq istəməzsiz?
- Yox, o səbəbdən rəqib istəmirəm. Finala kim çıxırsa-çıxsın yorğun, istəksiz, motivasiasız olmayacaq. Titul uğrunda son addımdır. Avropa Liqası ilə bağlı məqam da var. Hazırda rəqibi seçmirəm. Xeyirlisi nədirsə o olsun. Sabah çox maraqlı oyun olacaq. "Sabah" - "Qarabağ" matçını səbirsizliklə gözləyirəm. Həmişə "Neftçi" - "Qarabağ" oyunlarını gözləmişəm. İndi artıq "Sabah" da bu oyunlara girib. "Sabah" - "Neftçi, "Sabah" -"Qarabağ" matçları derbidir.


- Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi haqda fikriniz necədir? Sizcə, niyə futbolçularımız məhşularşıdqca "ulduz xəstəliyi"nə tutulur? Bəlkə psixoloqla işləsinlər?
- Çıxış yolunun nə olduğunu bilmirəm. Vaxtı ilə bəlkə məndə də xətalar olub. Daha çox çalışa bilərdim, daha dözümlü ola bilərdim. Mənim də xətalarım olub. Kiminsə səhvləri haqda danışmağım düzgün olmaz. Çox istəyərdim ki, yerli oyunçular daha intizamlı olsunlar. Çempionlar Liqasında matçın oyunçusu olmaq asan deyil. Uğuru düzgün balanslaşdırmağa çalışsınlar. Təbii ki, məhşurlaşacaqsan. Bunu düzgün balanslaşdıracaqsan. Əks halda, başqa fəsadlar olacaq.


- Lehinizə verilən yalnış qərarlar ictimaiyyətdə komandanın adına yaraşmayan fikirlər formalaşdırır. Bu durum sizi narahat etmir?
- Əsas etiraz "Turan Tovuz"la kubok oyununda oldu. Bir də "Neftçi" ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. "Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:45

Siyasət Əsgərov: “İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu”

00:23

Ayxan Abbasov: “Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu”

23:55

Millimizin Maltaya məğlub oldu - YENİLƏNİB

23:27

Millimiz Dünya Çempionatının 1/4 finalında

22:42

Qazaxda kütləvi futbol festivalı keçirilib

22:07

“Neftçi”nin sabiq prezidenti vəfat etdi - SON DƏQİQƏ

21:21

Qurban Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLAR

20:53

Azərbaycan - Malta: HEYƏTLƏR

20:13

Avropa Liqası: Yığmamız İsveçə uduzdu

19:55

Millimiz Macarıstana məğlub olub - YENİLƏNİB

19:33

Avropa çempionatının qalibi olan millimiz Vətənə qayıdıb

19:23

“Liverpul”dan “Tottenhem”ə - RƏSMİ

18:53

“Şamaxı”da yeni müqavilə - RƏSMİ

18:23

Yamal La Liqada mövsümün ən yaxşısı seçildi

17:57

Azərbaycan avarçəkəni Avropa Çempionatında iştirak edəcək

17:38

"Şəfa"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

16:36

Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat

16:25

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

16:07

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

15:56

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib

15:12

Azərbaycanın güləş yığmaları hazırlığı davam etdirirlər

14:40

Azərbaycanın cüdoçuları Avropa Çempionatına hazırlaşır

14:29

"Beşiktaş"ın yeni baş məşqçisi İstanbula gəlir

14:06

“Sabah” yeni mövsümə Avstriyada hazırlaşacaq

13:47

“İnter”də müqavilə günü

13:26

“Trabzonspor”dan 7 milyonluq transfer

13:03

Fransa klubu baş məşqçisi ilə yolları ayırdı

12:38

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırdı

12:17

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşdı

12:08

"Tottenhem"in təklifini rədd etdi

11:45

"Roma"nın səudiyyə ərəbistanlı futbolçusu Fransa klubunda

11:23

Millimizin üzvü Avropa çempionatının ən yaxşısı seçildi

11:09

"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"

10:54

Prezident İlham Əliyev Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

10:27

A seriyası klubu baş məşqçisini göndərdi

10:05

İspaniya millisi İraqla bacarmadı

09:44

Fransa millisi Kot-d'İvuara məğlub olub

00:46

Niderland millisinin üzvü A Seriyasında çıxış edə bilər

23:58

“Arsenal” 8 futbolçusu ilə yollarını ayıra bilər

23:37

Millimiz Avropa çempionu oldu

22:58

Taekvondoçumuz Roma Qran-Prisininin qalibi olub

22:34

İraola rəsmən “Liverpul”da

21:56

“Ayın qolu” layihəsinin qalibləri bəlli olub

21:31

Ayxan Abbasov: “Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur”

20:57

Emil Balayev: “3 ildən sonra yenidən yığmada olmaq məni sevindirir”

20:26

Siyasət Əsgərov: “İrəli xətdə hər kəsdən qol gözləyirik“

20:23

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

19:56

Bundesliqadan Premyer Liqaya

19:30

Premyer Liqa klubunda yeni təyinat

19:09

10 cüdoçumuz Avropa Açıq Turnirində iştirak edəcək

18:38

Super Liqa klubunda ayrılıq - RƏSMİ

18:26

“Karvan-Yevlax”dan ayrıldı, İsrail klubuna keçdi - RƏSMİ

17:55

"Karvan-Yevlax" bu futbolçunu yola saldı

17:51

"Qarabağ" 500 min avroya qapıçı transfer edir - İDDİA

16:45

"Sabah" futbolçusu ilə yeni müqavilə imzaladı

16:40

Bundesliqa təmsilçisində yeni baş məşqçi

16:35

Kapitanı "Qəbələ"ni tərk etdi - RƏSMİ

15:43

Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib

15:36

“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

15:15

PSJ-nin qələbəsindən sonrakı xaos: Fransada 65 nəfər mühakimə olunur

14:56

"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu öldü

14:21

"Sabah" kapitanı ilə vidalaşdı - RƏSMİ

14:12

Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi

13:51

Arda Gülərin 65 metrdən vurduğu qol La Liqada mövsümün ən yaxşısı seçildi

13:22

Bu futbolçu Yevlaxdan İsrail klubuna keçdi

13:07

Azərbaycan təmsilçiləri Roma Qran-prisində çıxış edəcəklər

12:36

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

12:20

"Şamaxı" braziliyalı futbolçusunu yola saldı - RƏSMİ

12:04

La Liqanın ən yaxşı baş məşqçisi odur

11:40

Lamin Yamal ardıcıl ikinci dəfə dünyanın ən bahalı futbolçusu seçilib