12:27 31.07.2025 161

"30 min azarkeş önündə zövq alaraq oynayacağıq" - Rəşad Sadıqov

"Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz məşqçilər üçün mətbuat konfransında ətraflı məlumat vermək çətindir. Bilirik ki, böyük azarkeş kütləsinin önündə yaxşı bir komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə yaxşı nəticə qazanmaq istəyirik".

Sport1.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsinin "Hayduk"la cavab oyunundan (ilk görüş - 1:1) əvvəl təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bildiyimiz kimi, əsas futbolçularınızdan biri olan Brahim Konate ilk oyunda zədələnib. Digər tərəfdən də Anje Mutsinzi viza problemi səbəbindən buraya gələ bilməyib. Bunlar sizin oyununuza nə qədər təsir göstərə bilər?

- Onsuz da bizim Konate və Mutsinzidən əvvəl də itkilərimiz var idi. Bir neçə futbolçumuz zədəli idi. Təlim-məşq toplanışında müəyyən uğursuzluqlar yaşamışdıq. Salifu Suma komandadan ayrıldı. Rafael Utziq bizə gec qoşuldu. Eldar Quliyev, Yeqor Baqamolski, Vinsent Till zədə almışdı. Bunlar ilk oyundan əvvəlki itkilərimiz idi. Amma cavab oyunundan əvvəl daha iki itki ilə üzləşdik - Mutsinzi və Konate. Əlbəttə, hər bir məşqçi istəyər ki, avrokubok oyunu öncəsi bütün futbolçuları əlinin altında olsun, hamıdan istifadə edə bilsin. Amma bu itkilər də futbolun bir hissəsidir. Sadəcə bizdə daha çox oldu. Düşünürəm ki, komandamız xarakterli, möhkəm bir kollektivdir və futbolçularımız itkilərimizi oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü kollektiv formalaşdıraq, oyunumuz hər hansısa bir futbolçu üzərindən qurulmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. İnşallah, "Hayduk"la oyunda da itkiləri hiss etdirməməyə çalışacağıq.

- Zədələnən futbolçular ilk matçda çox yaxşı oyun göstərmişdilər. Cavab matçında onları əvəz edəcək futbolçulardan eyni çıxışı gözləyə bilərikmi?

- Mən bu haqda çox düşünmürəm. İtkilər üzərində heç vaxt çox dayanmamışam. İtkilər yaşayanda buna görə baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. "Hayduk"la cavab oyununda digər futbolçulara rahat şəkildə şans verəcəyik. Şübhəm yoxdur ki, Mutsinzidən, Konatedən və digər zədəli futbolçularımızdan da daha yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsət olacaq ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Düşünürəm ki, bundan yararlanacaqlar.

- Sizcə, mərhələ adlamaq üçün hansı komanda favoritdir?

- Açığı, cavab oyunu öncəsi favorit görmürəm. Bizim müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, bəzən cütün taleyi ilk oyunun nəticəsindən asılı olmur. Çox şey cavab görüşündə həll olur. Sadəcə vacib olan budur ki, cavab oyununa mərhələ adlamaq şanslarını yüksək saxlayaraq çıxasan. Biz ilk matçda sərgilədiyimiz oyunla cavab görüşündə də mərhələ keçmək şansımızın olduğunu göstərdik. Rəqibin doğma azarkeşləri qarşısında oynayacağıq. "Hayduk" üçün yeganə üstün tərəf bu ola bilər. İnşallah, futbolçularımız 30 min rəqib azarkeşi qarşısında zövq alaraq oynayacaqlar. Bu qədər azarkeş qarşısında oynamaq hər zaman qismət olmur. Yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq.

- Bildiyimiz kimi, ötən mövsüm "Zirə" 2 dəfə "Osiyek"lə üz-üzə gəlib. Siz iki komanda arasında hansı fərqləri görürsünüz. Sizcə, "Hayduk"a qarşı oynamaq daha asandır, yoxsa "Osiyek"ə? Çünki hər iki komanda Xorvatiya çempionudur.

- Bir az çətin sualdır (gülür). Komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin vaxt çox yaxşı formada idi. Sonra ölkə çempionatını uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu oyunlar keçirmişdilər. Bizdən əvvəlki mərhələdə də inamlı qələbə qazanmışdılar və yüksək psixoloji durumda idilər. Hər iki oyun gərgin və maraqlı keçdi. Bugünkü "Hayduk"la çempionatdakı "Hayduk" arasında fərq var. Rəqib olaraq indiki "Hayduk" daha təhlükəlidir. Bunda yeni baş məşqçinin də rolu var. "Osiyek"lə "Hayduk"u müqayisə etsəm, eyni səviyyədə qiymətləndirərəm.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

19:12

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

18:56

İspaniya millisinin sabiq üzvü klub sahibi oldu

18:26

“Qarabağ”ın sabiq üzvü İtaliya klubunun hədəfində

18:26

İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

18:00

“Napoli” Premyer Liqa klublarına "yox" dedi

17:40

Levandovskinin karyerasında yeni mərhələ

17:40

Adil Şükürov Premyer Liqa klubunda - ÖZƏL

17:30

"Qəbələ"dən mövsümün ilk transferi - RƏSMİ

17:25

“Barselona”nın futbolçusu “Beşiktaş”ın hədəfində

17:21

“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub

17:17

Kəmər dərəcələri üzrə növbəti imtahan

17:00

"İmişli" Kaşkilya ilə vidalaşdı - RƏSMİ

16:48

Pley-off öncəsi “qapı” həyəcanı

16:40

Uels millisinin üzvü Londondan “Lid”sə köçür

16:29

"Barselona"nın sabiq futbolçusu Türkiyə yolunda

16:06

Braziliya, Almaniya və Niderlandın DÇ-də növbəti sınağı

15:50

56 illik rekord təkrarlandı

15:32

Afrikalı futbolçu PSJ-də

15:05

Millinin baş məşqçisi istefa verdi

14:49

Reşford təklifi rədd etdi

14:21

"Araz-Naxçıvan"ın hazırlıq planı

14:04

"Neftçi" ukraynalı ilə danışıqlara başladı

13:52

Fransalı vingerdən “Liverpul”a “yaşıl işıq”

13:32

İngiltərə nəhəngində ciddi itki

13:03

"Sabah"dan ayrıldı, I Liqa klubuna keçdi

12:49

Prezident sərt tənqid etdi, baş məşqçi istefa verdi

12:29

Montellanın Türkiyə millisindəki taleyi bilindi

12:02

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

11:50

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

11:33

PSJ-də yeni qapıçı

11:03

İngiltərəli futbolçu "Milan"a təklif olundu

10:49

Messi və Ronaldunun rekordunu təkrarladı

10:31

Afrikalı qapıçıdan rekord

10:10

"Neftçi" Sloveniyaya 27 futbolçu ilə yollandı - SİYAHI

09:50

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

09:29

İspaniya nəhəngi Harri Keyni istəyir

09:00

Federasiya prezidenti istefa verdi

01:00

DÇ-2026: Pley-offa yüksələn ilk komanda bilindi - YENİLƏNİB

23:36

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb

23:07

Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu

22:40

Bu millinin baş məşqçisi istefa verdi

21:54

Millimiz Çin Qran-Prisini 4 medalla başa vurdu

21:39

“Sabah” Macarıstan klubu ilə heç-heçə etdi

20:52

Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər bəlli oldu

19:37

“Turan Tovuz”un yay hazırlıq planı bəlli oldu

18:43

“Qarabağ”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

17:31

Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub

16:28

Şahmatçılarımız Vətənə qayıdıb

15:30

“Çelsi”nin futbolçusu İtaliya klubunun hədəfində

14:20

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

14:03

“Sabah” Macarıstan klubuna qarşı

12:50

Daha bir futbolçu komandada qaldı

12:46

“Əl-Əhli”dən 25 milyonluq transfer

12:29

Baş məşqçinin yoxluğu az çəkdi

11:33

Qurban Qurbanov: “Bu istəklə və templə davam edəcəyik”

10:38

Millinin heyətində istefa

09:56

DÇ-2026: Qrup matçlarına yekun vuruldu

09:30

DÇ-2026: Növbəti mərhələyə yüksələn komandalar müəyyənləşdi

09:09

İngiltərə, Qana və Xorvatiya 1/16 finalda

00:37

“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq

23:34

19 yaşlı futbolçu “Siti”də

22:57

Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi baş tutub

22:21

Cüdoçularımız Avropa Açıq Turnirində 3 medal qazanıb

21:58

“Zirə” Özbəkistan klubu ilə bacarmadı

21:23

“Qarabağ” Avstriya klubunu darmadağın etdi

20:55

“Şəfa”nın məşqçi heyəti müəyyənləşdi

20:38

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib

20:13

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

19:09

Niderland millisinin üzvünün yeni klubu bəlli oldu

18:39

Bu futbolçu “Real Madrid”in yeni kapitanı olacaq