son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

“İmişli” futbol veteranlarını Qurban bayramı münasibəti ilə sevindirib

Bölmə adı Futbol
Yayımlandı 29-05-2026, 10:52

“İmişli”nin təşəbbüsü ilə Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olmuş, hazırda da futbol fəaliyyətində olan və ya təqaüddə olan 40 veteran futbolçuya Qurban bayramı münasibətilə sovqat təqdim edilib.


Sport1.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi bayram günündə futbol veteranlarını yad etmək, onların Azərbaycan futbolunun inkişafındakı əməklərini dəyərləndirmək, eyni zamanda Qurban bayramının müqəddəs məramına uyğun olaraq sosial məsuliyyət çərçivəsində aztəminatlı veteran futbolçulara da dəstək göstərmək olub.


“Neftçi” bazasında baş tutan görüşdə “İmişli”nin vitse-prezidenti Şirin İbrahimova, klubun meneceri İlkin Əhmədov və mətbuat katibi Leyla Behbudlu iştirak ediblər. Tədbirdə çıxış edən klub nümayəndələri “İmişli” prezidenti Kamran Eyyubovun bayram təbriklərini və xoş arzularını veteran futbolçulara çatdırıblar.


Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev də çıxışında Premyer Liqa klubları arasında belə bir təşəbbüslə ilk dəfə məhz “İmişli”də çıxış etdiyini vurğulayıb. O, bu addımı yüksək qiymətləndirərək klub rəhbərliyinə təşəkkürünü və minnətdarlığını bildirib.


Öz növbəsində Azərbaycan futbolunun inkişafında mühüm rol oynamış veteran futbolçular da göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, “İmişli”nin gələcək fəaliyyətində uğurlar arzulayıblar. Futbol

Veteranları İttifaqının sədri tərəfindən klub nümayəndələrinə simvolik hədiyyələr və forma təqdim olunub.


Tədbirin sonunda veteran futbolçularla xatirə şəkli çəkdirilib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR