
“Mançester Siti”dən ayrılan Bernardu Silva karyerasını “Barselona”da davam etdirəcək.
Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi kataloniyalılarla 2+1 illik müqavilə imzalayacaq. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.
Silva “Mançester Siti”dən azad agent kimi ayrılıb.
“Barselona” daha əvvəl “Nyukasl”dan Entoni Qordonun keçidini həll edib.