son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-05-2026, 14:13

Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.


Sport1.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Premyer Liqanın 11-cisi "Qəbələ"nin və I Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış "Mingəçevir"in nümayəndələri iştirak ediblər.


PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, "Qəbələ" idman direktoru Səbuhi Səfiyarlı, "Mingəçevir" isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən "Qəbələ" nominal meydan sahibi olub.


Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.


PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək. Oyunda VAR sistemi tətbiq ediləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR