10:03 27.05.2026 22

"Kristal Pelas" - Rayo Valyekano": Kim ilk avrokubokunu qazanacaq? - YAZI

27 may 2026-cı il, çərşənbə axşamı Leypsiqdəki "RedBull Arena"da UEFA Konfrans Liqasının finalında “Kristal Pelas” “Rayo Valyekano” ilə qarşılaşacaq.


Bu oyun bəlkədə hər iki klubun tarixindəki ən əhəmiyyətli matçdır. "Kristal Pelas" 102 illik mövcudiyyəti ərzində ilk Avropa finalında, "Rayo Valyekano" isə klub tarixindəki ilk böyük finalında oynayır. Bu oyun iki tam fərqli üslubu tətbiq edən baş məşqçilərin dueli olacaq.


Taktiki modellər:  

“Kristal Pelas” 

Oliver Qlasnerin rəhbərliyi altında "Kristal Pelas" 3-4-2-1 sxemindən istifadə edir, hansı ki, top qapıdan oyuna daxil edilərkən 3+2 strukturuna çevrilir — üç mərkəz müdafiəçisi xətt boyunca düzülür, qapıçı Adam Uorton onların yanına düşür, həmçinin qapıçı Hendersonda əlavə pleymeyker kimi fəal şəkildə topun müdafiədən çıxarlmasında və hücumun qurulmasında iştirak edir. Müdafiə fazasında komanda etibarlı 5-4-1 blokuna qədər sıxlaşır. Hücumun əsas prinsipi şaquli istiqamətdə qurulan sürətli kombinasiyalardır. "Opta Analyst"in məlumatına görə, "qartallar" 2025/26 mövsümündə Premyer Liqada bütün rəqiblərini qabaqlayaraq topun sürətlə birbaşa hücum xəttinə göndərilməsi göstəricisinə görə, ən yüksək nəticəyə malikdirlər (2.11 m/s) İPL_də başqa heç bir komanda meydanın son üçdəbirinə daxil olarkən Qlasnerin yetirmələrindən çox qapıya zərbə epizodu yaratmayıb.  


Cinahboyu oynayan vinqbeklər topun qısa ötürmələrlə müdafiədən hücuma irəliləməsini təmin etmək üçün meydanda maksimum genişliyini təmin edirlər ki, rəqibin kompakt pressiniqini poza bilsinlər. Bunun nəticəsində oyunboyu vinqbenqlər Tayrik Mitçell və Daniel Mitçelin rəqibin pressinqdən azad olan cinaha diaqonal ötürmələr verirlər ki, buda rəqibin təzyiqini yarmağa kömək edir. Komanda son üçdəbirə çatdıqda isə, vinqbeklər hücumun cinahında mövqe tutaraq faktiki olaraq 5 hücumçudan ibarət bir qrup yaradırlar.   


Müdafiə taktikası: kompakt orta blok 


Əksər avstriyalı məşqçilərdən fərqli olaraq Qlasner aqressiv pressinq tərəfdarı deyil O, nizam-intizamlı orta və aşağı bloka, xətlər arasında kompaktlığa, hibrid "zona-adam" sxeminə əsaslanan sistemə sadiqdir. Komanda pressinq üçün dəqiq bir trigger-siqnal gözləyir (bir qayda olaraq, rəqibin dayaq zonasına verilən eninə pas), bundan sonra təzyiq üçün sürətli kollektiv pressinq başlayır. 1/4 finalda "Fiorentina"ya qarşı bu rolu rəqibin dayaq yarımmüdafiəçisi üçün açıq zonaları bağlayan Sarr və Kamada yerinə yetirirdi. “Kristal”ın digər üstünlüyü hava mübarizələridir. Onlar müdafiə olunarkən hava mübarizələrinin 70%-dən çoxunu qazanıblar.



"Kristal Pelas"ın təxmini heyəti


(3-4-2-1 Henderson — C. Kanvot, M. Lakrua, Ş. Riad — D. Munyos, A. Uorton(Hyuz), D. Kamada, T. Mitçell — İ. Sarr, E. Pino — J.F.Mateta

"Kristal Pelas”ın oyunqabağı heyətlə bağlı iki problem var. Adam Uorton və Kris Riçardsın oyunda iştirak ehtimalı 50-in 50-yədir. 

Mərkəz yarımmüdafiəçisi Adam Uorton "Arsenal"la matçda Maylz Lyuis-Skelli ilə toqquşmadan sonra aşıq-baldır oynağından zədə alaraq meydanı tərk etdi. Onun finalda iştirikı ilə bağlı Qlasner bildirib: "Onun topuğu bir az ağrıyır. Oynayacağı ilə bağlı qərarı həkimlər, oyun günü verəcəklər”. Son məlumatlara görə, məşqçi optimistdir və Uortonun böyük ehtimall" oyuna başlamağa hazır olacağını düşünür. Uorton “qartallar” üçün oyun strukturunun ən vacib firuqurudur. Komandanın şaquli istiqamətdə hücuma sürətli çıxmasında ən vacib rolu məhz o oynayır. O, bu mövsüm bütün turnirlərdə 52 oyun keçirib (1 qol, 7 məhsuldar ötürmə) və komandanın "metronomudur" — məhz o, müdafiədən çıxarkən rəqibin pressinqini yarmaq üçün müdafiəçilərin yanına düşərək 4vs3 yaradır. “Rayo Valyekano” kimi aqressiv pressinqdən istifadə edən komandaya qarşı oyunda isə belə futbolçu hava-su kimi lazımdır.   


Uorton iştirak edərsə oyunun ssenarisi Uorton iştirak etməzsə

Müdafiədən hücuma sürətli çıxış,

Rəqibin pressinqi zamanı 1+ üstünlük

Rəqibin keçidləri zamanı sığorta

Mərkəzdən təzyiq(zərbəyə qədər 6-7 ötürmə)

Xətlər arası zonaların bağlanması Kamadanın yanında Xyuz yer alacaq – bu iki futbolçu arasında anlaşma istənilən səviyyədə deyil

Diaqonal ötürmələrdən asılı vəziyyətə düşəcəklər

“Rayo”nun aqressiv pressinqdən çıxa bilməmək təhlükəsi, nəticədə komandanın adət etmədiyi uzun toplarla oynamağa məcbur qalması


Kris Riçardın oynamaq ehtimalı isə son dərəcə azdır. Amerikalı müdafiəçi "Brentford"la matçda (17 may) ayaq biləyinin iki bağını qoparıb. Qlasner onun mümkün çıxışını "50-nin 50-yə" kimi qiymətləndirir, lakin əksər mənbələr Riçardsın sağalmağa vaxt tapmayacağını düşünür. Mərkəz müdafiəçilərinin üçlüyündə onun yerini gənc Şadi Riad tutacaq.   


“Rayo Valyekano”


 İnyiqo Peresin rəhbərliyi altında "Rayo Valyekano" — Avropada ən dinamik futbol oynayan komandalardan biridir. Üstəlik bu komanda öz oyun nizamını ən dominant komandalarla oyunlarda belə pozmur. Baza 4-2-3-1 sxemi həm La Liqada, həm də Konfrans Liqasında müntəzəm olaraq istifadə olunur. Keçmişdə "Atletik" oyunçusu olan İnyiqo Peres "Rayo"ya pressinq, topla cəsarətli oyun və "itki fazası — dərhal təzyiq" sərt keçid prinsiplərini gətirdi. Peres futbolçularından topa nəzarət və yüksək intensivliklə zonalara keçidlər tələb edir. “Rayo” rəqibin kimliyindən asılı olmayaraq öz oyun prinsiplərinə sadiq qalır. Peres finaldan əvvəl deyib: "Bizin mahiyyətimiz və kimliyimiz bu oyundakı bütün taktikalardan daha parlaq olmalıdır." 

Rəqibi qiymətləndirən Qlasner vurğulayıb: "Taktiki cəhətdən "Valyekano" çox yaxşıdır, intensiv oynayırlar, həmişə pressinq edirlər, həmişə müdafiənin arxasına qaçırlar, həmişə sıçrayışlar edirlər. Sənin düşünmək üçün heç bir saniyə belə vaxtın olmur, hər keçiddə təhlükə var. Çox təcrübəli komandadır, bir çox oyunçusunun 30 və daha çox yaşı var."  

Hücum qurarkən "Rayo" meydanın mərkəzindəki üçbucaqlardan istifadə edir — iki dayaq yarımmüdafiəçisi (Oskar Valentin + Unai Lopes) həm rəqibə təzyiqi, həm hücuma sürətli keçidi təmin edir. Hücumçunun arxasındakı üçlük oyunboyu aktivdir: İsmael De Frutos və İsi Palazon — cinahlarda aktivliyi təmin edirlər, Alvaro Qarsiya isə hücumları dərindən tamamlayır. Hücumun sirvi ucundakı braziliyalı Alemao kürəyi qapıya tərəf oynamağı və hava duellərini qazanmağı bacaran güclü, aqressiv hücumçudur. “Rayo”nun hücum fazasındakı futbolçuların əsas təhlükəsi hər birinin qol vura bilmək bacarığıdır. Onlardan konkret birini neytrallaşdırmaqla təhlükənin qarşını almaq olmur. "Rayo Valyekano"nun təxmini heyəti (4-2-3-1) Batalya — A. Ratsu, F. Lejon, P. Siss, P. Çavarriya — O. Valentin, U. Lopes — X. de Frutos, İ. Palazon, A. Qarsiya — Alemao “Rayo Valyekano”nun final qabağı ciddi bir itkisi yoxdur.


Əsas duellər


İsmail Sarr “Rayo Valyekano” müdafiəçiləri

Konfrans Liqasının əsas bombardiri – 9 qol

Müdafiənin arxasına sürtəli sıçrayışlar edir

Sürəti – 32,6 km/saat, 

“Qartallar”ın hücumda əsas gücüdür Çavariya və Siss – müdafiənin sol cinahı təcrübəli futbolçulardan ibarətdir. Sarr istənilən müdafiəçini təkbətək mübarizədə neytrallaşdırmaq qabiliyyətindədir. Bu səbəbdən müdafiənin solunda oynayacaq futbolçular (həm cinah, həm mərkəz) onu birlikdə nəzarətdə saxlmalıdırlar. 

İkili təzyiq, Sarra ötürmələrin qarşını almaq

Keçid fazalarından problem yaşayırlar


Alemao “Kristal Pelas”ın müdafiə xəti

Konfrans Liqasında 4 qol, 

Hava mübarizələrindən adətən qalib ayrılır

Assit etmək bacarığı, lazım olanda dərinliyə enib və zərbə üçün ötürmə verməyi bacarır Riad və Kanvot – hər ikisi gəncdir, fiziki güclü rəqibin təzyiqlərinə bəzən dözmürlər

Amma hətta Alemaonun qarşını alsalar belə Qarsiya və Palazon heç də daha az təhlükəli deyillər

 


Uorton/Kamada Valentn/Lopes

Bu ikili oyunun tempini və şaquli istiqamətdə sürətli hücumların qurulmasını təmin edir

Kamada – yarımboşluqlara keçidlər

Uorton 1-2 toxunuşa topu hücum fazasına göndərir, rəqib pressinqini yarır “Rayo”nun dayaq ikilisi – heyətdə pressinqdə ən aktiv olanlardı

Çox güman məhz onlar Uorton topu qəbul edərkən ona təzyiq edəcəklər

Məqsəd “qartallar”ın strukturunu hücum fazasının əvvəlində dağıtmaq

Əgər Uorton olmasa bu onların işini lap asanlaşdıracaq, bu zaman “Pelas” sırf diaqonal və uzun ötürmələrə ümid bağlayacaq


Matçın taktiki ssenariləri


Ssenari A — Əgər Uorton meydandadırsa və sağlamdırsa “Kristal Pelas” tempi idarə edəcək. Müdafiədən təmkinli hücum quruluşu “Rayo Vallyekano”nu aqressiv pressinq etməyə məcbur edəcək, bundan sonra Munyos və Mitçellin diaqonal ötürmələri ispanların kompaktlığını dağıdacaq. Sarr cinah müdafiəçilərini təcrid edir ya hücumu tamamlayır, ya da Mateta üçün dəhliz açır. 

Ssenari B — Peresin yetirmələri top itkidən dərhal sonra öz təzyiqini tətbiq edir — əgər Uorton yoxdursa “qartallar” Matetanın hava toplarını qazanacağına ümid edərək daha uzun oynamağa məcbur qalırlar. Əgər Mateta bunun öhdəsindən gəlməsə qarşılaşma “Rayo”nun üstünlüyü ilə keçir.   

Ssenari C —Hər iki klub sübut edib ki, həm səbrlə rəqibin həmləsini gözləməyi, həm də müdafiənin arxasında boş zonalar verməkdən qorxmayaraq hücum etməyi bacarırlar. Əgər "Pelas" ilk hissədə hesabı açarsa bu zaman ilk 60 dəqiqəni hər iki komandanın daha ehtiyyatlı oynayacağını, sonradan isə “Rayo”nun gegenpressinqə keçəcəyini ehtimal etmək olar. Əgər hesabı "Valyekano" açsa — Qlasner riskə gedərək Mitçelli mövqe olaraq daha yuxarı çəkəcək və 3-3-3-1 sxemini keçəcək. Bu, İspaniya komandasının əks-hücumları üçün cinahları açacaq.   


Komandaların güclü və zəif tərəfləri


“Kristal Pelas” “Rayo Valyekano”

Güclü tərəfləri:

İsmayıl Sarr turnirin əsas bombaridir


Şaquli istiqamətdə sürətli hücum qurmaq keyfiyyətləri baxımından Avropanın ən yaxşı komandalarındandılar


Standartlarda effektivdilər (16 qol)

Məşqçi faktoru – Qlasner rəqibinə nisbətdə daha təcrübəlidir, avrokubok qazanıb


Zəif tərfləri:

İPL-də uğursuz mövsüm


Hücumda Sarrdan asılılıq


Rəqibin sürətli keçidləri zamanı srtuktur dağılır


Hücuma keçiddə Uortondan asılılıq


Bu səviyyədə heç zaman oynamayıblar Güclü tərəfləri:


9 oyundur uduzmurlar


Kollektiv oyun – fərdlərdən asılı deyillər


Qüsursuz taktiki intizam


Təcrübəli heyət


Favoritlərə qarşı inamlı oyun


Zəif tərəfləri:


Bu səviyyədə heç zaman oynamayıblar

Balaca klub sindoromu, heyətdə çətin anlarda oyunu öz üzərinə götürəcək lider yoxluğu


Sürətli şaquli istiqamətdə qurulan hücumlara qarşı davamlı deyillər

 

Mövsümün dəyərləndirilməsi


“Kristal Pelas”


Premyer Liqada Qlasner dövrün ən uöursuz mövsümünü keçirdilər. "Qartallar" çempionatı 15-ci yerdə başa vurdular — Qlasnerin dövründə ən pis nəticə. Hər şey Ebereçi Ezenin "Arsenal"a satılması və daha sonra Qyuenin "Mançester Siti"yə getməsi ilə başladı. Klub faktiki olaraq mövsümlərarası fasilədə iki əsas firuqurunu itirdi. İPL_də bir ara 15 matçda cəmi 1 qələbə qazanmışdılar ki, bu az qala Qlasnerin işini itirməsi ilə nəticələnəcəkdi. Azarkeşlər elə "Zrinski" ilə matç zamanı "səhər qovulacaqsan" qışqırırdılar. Qışda mümkün istefa ilə bağlı şayiələr yayılmağa başladı, lakin klub avstriyalını mövsümün sonuna qədər saxlamaq qərarına gəldi. Qlasner özü məyusluğunu gizlətmirdi: "Bizə xəyanət etdilər. Heç bir dəstək yoxdur. Hamı məyusdur. Həftələrdir 12-13 oyunçu ilə oynayırıq".  


Amma Konfrans Liqasında bunun əksini görürük. Eyni komanda, eyni oyunçular — lakin tamamilə fərqli keyfiyyət və nəticələr. Düzdür komanda 1\4 final mərhələsinə kimi kifayət qədər çətinliklərlərə üzləşdi. Amma bu mərhələdən etibarən "Fiorentina"n 3:0 hesablı darmadağın edildi, "Şaxtyor" üzərində inamlı qələbə qazanıldı. Qlasner klub tarixinin ən uğurlu meneceri biri kimi ayrılır: 2025-ci ildə İngiltərə Kubokunu ("Pelas" tarixində ilk dəfə), 2025-ci ildə — "Liverpul" üzərində qələbə ilə Superkuboku qazandı, indi isə — klub tarixinin ilk avrokubok finalı.

“Rayo Valyekano”


2025/26 — klub tarixinə ən yaxşı mövsüm kimi düşdü. La Liqada "Rayo" mövsümü 8-ci yerdə başa vurdu – keçən ilki nəticənin təkrarı. Ümumiyyətlə klub tarixində yalnız bir dəfə La Liqada daha yaxşı nəticəyə imza atıb - 1999/2000 mövsümündə 6-cı yer. Ən əsası isə klub tarixində nəinki ilk avrokubok finalı, ümumiyyətlə böyük turnir finalına vəsiqə qazandı Təbii bu nəticənin əsas memarı 2 mövsümdür kluba başçılıq edən İnyiqo Peresdir. 38 yaşlıq mütəxəssis, bu mövsüm Avropa məşqçilik sexinin kəşflərindən biridir. 

Matç niyə bu qədər vacibdir?


 "Kristal Pelas" üçün bu, tarixinin ilk avrokubok finalıdır. Üstəlik, rəhbərliklə münaqişədən sonra bu yay klubu tərk edən Oliver Qlasnerin vida matçıdır. Qələbə 2026/27 Avropa Liqasına vəsiqə demək olardı — İPL-də 15-ci yeri tutan klub üçün bu son dərəcə vacibdir. "Rayo Valyekano" üçün — bu, ev matçlarına təxminən 12 min tamaşaçının gəldiyi Madridin fəhlə rayonu olan Valyekasın klubu olduğunu nəzərə alsaq, finala çatmaq — artıq tarixi hadisədir. Qələbə Avropa Liqasında yer verir və düzgün taktik ideyaya malik kiçik klubların ən yüksək səviyyədə rəqabət apara biləcəyinin rəmzinə çevrilir.   


 Yekun


"Kristal Pelas" Sarrın fərdi keyfiyyəti, Qlasnerin taktik çevikliyi və müqayisədə daha geniş heyətə sahib olması hesabına matçın favoriti kimi qələmə verilir. Lakin "Rayo Valyekano" nizam-intizam, pressinq və komanda oyunu vasitəsilə istənilən fərdi üstünlüyü heçə endirməyə qadir olan bir kollektivdir.  

Həlledici amillər:1) Uortonun hazır olub-olmaması — bu, "Pelas"ın oyun planını kökündən dəyişir. 2) "Rayo”nun müdafiəçilərinin Sarrı neytrallaşdıra bilib-bilməyəcəkləri. 3) "Rayo"nun ilk böyük finalın psixoloji yükünə dözüb-dözməyəcəyi.


İlkin Abbasov

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

22:58

Sterlinq Türkiyə yolunda

22:33

“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

21:54

“Roma”da yeni müqavilə - RƏSMİ

21:35

“Real”da mövsümün ən yaxşısı bəlli oldu

20:26

“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:03

Mikels “Sabah”da qaldı - RƏSMİ

19:23

Belçika klubunun futbolçusu millimizə cəlb olundu

18:56

“Şimal”ın məşqçisi: “Biz də istəyirik ki, təmsil etdiyimiz regionda mübarizə aparaq”

18:47

Qəzənfər Abbasov: “Qaradağ Lökbatan”la işim bitib”

18:11

Sabiq “Beşiktaş”lı karyerasını başa vurub

17:57

"Şimal" yenidən I Liqada mübarizə aparacaq - YENİLƏNİB

17:34

La Liqa klubunda baş məşqçi ayrılığı

17:12

Əliyar Ağayev bu millilərin oyununu idarə edəcək

16:51

Marko Yankoviç 2025/2026 mövsümü haqda: "100 il yaddaşımda qalacaq"

16:32

II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi

16:19

"Neftçi" millimizin müdafiəçisi ilə anlaşdı - RƏSMİ

15:44

"Turan Tovuz” kolumbiyalı futbolçu ilə “davam” dedi

15:39

Bakıda keçiriləcək Dünya Kubokunda bu ölkələr iştirak edəcək

14:53

Millinin qapıçısı zədə səbəbindən karyerasını başa vurdu

14:17

UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava

13:42

Mərakeşin DÇ-2026 heyəti açıqlandı: Ziyeç və En-Nesiri siyahıdan kənarda qaldı

13:21

Rafael Benitezi o əvəzlədi

13:07

Məşqçilər üçün maarifləndirici vebinarlar davam edir

12:40

"Kəpəz" bu futbolçusu ilə müqavilənin müddətini uzatdı

12:28

ABŞ yığması DÇ-2026 üçün heyətini açıqladı

12:04

“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlandı

11:43

Millinin sabiq futbolçusu dünyasını dəyişdi

11:21

Haaland hamıdan çox qazanır

11:08

Modriç klubunu dəyişə bilər

10:48

“Tottenhem” 100 milyonluq qapıçı üçün hərəkətə keçdi

10:24

"Barselona" ikiqat "Qızıl top" mükafatının qalibi ilə vidalaşır - RƏSMİ

10:03

"Kristal Pelas" - Rayo Valyekano": Kim ilk avrokubokunu qazanacaq? - YAZI

09:05

Bu gün UEFA Konfrans Liqasında final oyunu keçiriləcək - YENİLƏNİR

09:00

Toral Bayramovdan səhv, Murad Məmmədovda doğru addım - VİDEO

23:52

Xavi A Seriyası təmsilçisinə rəhbərlik edə bilər

23:38

“Şamaxı”da növbəti ayrılıq - RƏSMİ

22:58

“Roma”dan 25 milyonluq transfer - RƏSMİ

22:14

“Torino” türkiyəli futbolçu ilə bağlı qərarını verdi

21:54

La Liqa klubunda ayrılıq - RƏSMİ

21:30

Fərid Qayıbov Xüsusi Olimpiya rəsmiləri ilə görüşüb

20:57

Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq

20:20

“Turan Tovuz”un futbolçusu DÇ-2026-da - AZƏRBAYCAN TARİXİNDƏ İLK

19:56

Güləşçilərimiz Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar

19:39

Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib

19:08

“Sabah” kapitanı ilə razılaşdı - RƏSMİ

18:56

“Mingəçevir”in böyük üstünlüyü

18:46

“Yeni Üfüq” layihəsi çərçivəsində oyun keçirilib

18:21

Millimizin açıq məşqi və brifinqi keçiriləcək

17:55

AFFA İntizam Komitəsi "Qarabağ" və "Sumqayıt"ı cərimələdi

17:20

"Şamaxı"da birdən-birə 5 ayrılıq

17:03

"Sabah" qapıçısını yola saldı - RƏSMİ

16:41

Türkiyəli futbolçu "Borussiya"dan ayrıldı

16:20

"Fənərbağça"nın futbolçusu "Əl-Şabab"a doğru

16:08

"Liverpul"un müdafiəçisini "Yuventus" da istəyir

15:48

Millinin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

15:15

Abubakar və digər iki futbolçu "Neftçi"dən getdi - RƏSMİ

15:08

"Araz-Naxçıvan" Andrey Demçenko ilə yolları ayırdı

14:45

"Real"da vəziyyət dəyişdi - Bu şəxs Mourinyonu klubda görmək istəmir

14:23

"Tottenhem" və "Mançester Siti" bu futbolçunun transferi ilə bağlı danışıq aparır

14:11

"Milan" Konteni hədəfə aldı

13:48

La Liqada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

13:26

NBA-da növbəti finalçı bəlli oldu

13:06

“Liverpul” Alissonla bağlı qərarını verdi

12:55

"Mançester Siti"də Qvardiolanı əvəzləyəcək mütəxəssis bəlli oldu

12:40

Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edildi

12:08

PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək

12:08

Əfran İsmayılova vəzifə verildi

11:50

"Neftçi"nin və Azərbaycan millisinin üzvünün Kipr klubuna keçidi açıqlandı

11:32

I Liqa klubu baş məşqçi və köməkçiləri ilə yollarını ayırdı

11:03

Azarkeş sayına görə "Qarabağ" 1-ci, "Neftçi" 2-ci oldu