
“Qalatasaray”ın yeni transfer hədəfi bəlli olub.
Sport1.az “Bild”ə istinadən xəbər verir ki, Türkiyə çempionu “Bavariya” ilə müqaviləsi başa çatacaq Rafael Querreyronun transferi üçün hərəkətə keçib.
İsmail Yakobu İngiltərə klubuna satmağı planlaşdıran “cim-bom” onun mövqeyinə məhz portuqaliyalını gətirməyi planlaşdırır.Tərəflər arasında ilkin razılıq da olub.
“Kan”, “Loryen”, “Borussiya”(Dortmund) klublarında oynamış Rafael 2023-cü dən “Bavariya”nın formasını geyinir.