22:21 14.03.2026 131

"Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın" – Sadıqov

"Zirə" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.


Sport1.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma "Qarabağ" irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq apardılar. 2:0-da, 3:1-də ruhdan düşmədilər, ən azından bir xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da ustalıq göstərdilər ki, bütün fikirləri çempionatdadır".


- Komandanın 2-ci hücumçusu olsaydı, fərqli nəticə alına bilərdi? Heyətdə daha effektiv oyunçu olsaydı...


- Təbii ki. Hamımız istəyirik ki, daha yaxşı olsun. Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər.


- Apreldə sıx qrafikiniz olacaq...


- Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.


- "Zirə" digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?


- Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var. 


- 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?


- Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə qəbul etməliyik ki, "Kəpəz"lə matçda oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. "Sabah", "Turan Tovuz" və "Qarabağ"a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün. 


- "Zirə" artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin artırılmasının zamanı çatmayıb?


- Hamı istəyər. Mən istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib olan odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.


- İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikriniz necədir?


- Paltardəyişmə otağında telefonda baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2....Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı.. Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır