İspaniyalı müdafiəçi daha 2 il “Bolonya”da - RƏSMİ

Bölmə adı İtaliya
Yayımlandı 29-05-2026, 20:37

İtaliya A Seriyası təmsilçisi “Bolonya”da yeni müqavilə qeydə alınıb.


Sport1.az xəbər verir ki, komanda Xuan Miranda ilə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Razılaşmaya əsasən, 26 yaşlı ispaniyalı müdafiəçi daha 2 il İtaliya təmsilçisinin şərəfini qoruyacaq.


Qeyd edək ki, Xuan Miranda 2024-cü ilin yayından “Bolonya”da çıxış edir.

Müəllif: Cahan