
“Kristal Pelas”dan ayrılan Oliver Qlasner Almaniyada çalışa bilər.
Sport1.az xəbər verir ki, “Bayer” klubunun rəhbərliyi mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb. Tərəflər arasında ilkin danışıqlar baş tutub.
Qlasner seçim etməyə tələsmir. Onun İtaliya və İngiltərədən də təklifləri var.
Mütəxəssisin rəhbərlik etdiyi “Kristal Pelas” bu mövsüm Konfrans Liqasının qalibi olub.