son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Saralmaqdan, qaralmaqdan qorxan baş katib millinin rəngini dəyişir - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 29-05-2026, 11:19

Qubadlıda doğulmuşam. 3 aylıq olanda qaçqın düşdük, Bakıda böyüdüm, başa çatdım. Amma mən Qubadlıdanam. Əslim-köküm oralıdır. Heç bakılılar da bizi buralı olaraq qəbul etmədilər. Baxmayaraq ki, azərbaycanlı idik. Amma qaçqın, qubadlılı olduğumuzu hiss elətdirirdilər.


"Qəbələ"nin sabiq qvineyalı futbolçusu Abdulkader Kamaranın oğlu Mustafa Mingəçevirdə doğulub. Hazırda Belçikanın "Sent-Trüden" klubunda çıxış edir. AFFA da onu milliləşdirib. U-21-də çıxış edəcək.


Bundan başqa, "Neftçi"nin yetirməsi Lorenzo Mezzotero yığmaya çağırılıb. 19 yaşlı futbolçu italiyalı olsa da, Bakıda böyüyüb. Hazırda da "Sampdoriya"da çıxış edir.


Hər iki addımın arxasında eyni məqsəd dayanır. 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçiriləcək U-20 Dünya Çempionatında biabır olmamaq. Özbəklərin qrup mərhələsini keçmək üçün real şansları var. Bizdə isə mənzərə fərqlidir. U-17 və U-19 yığmalarımız beynəlxalq meydanda darmadağın olurlar. DÇ-də çıxış edəcək U-20 də məhz həmin oyunçulardan formalaşacaq. Millimizin baş məşqçisi Rui Jorje əlindəki məhsulun keyfiyyətsiz olduğunu bilir. Portuqaliyalı mütəxəssis nə qədər təcrübəli olsa da, material olmadan möcüzə göstərə bilməz. Mourinyo da bu futbolçularla nəticə əldə edə bilməz.


AFFA rəhbərliyi də bunu gözəl bilir. Azərbaycanın ev sahibi kimi meydana çıxıb darmadağın olmaq potensialı böyükdür. Belə olan halda nəticələrə görə, federasiya rəhbərliyi ölkə başçısı qarşısında saralıb, qaralacaq.


Bunun olmaması üçün nəsə etmək lazım idi. İntellektual baş katib Cahangir Fərəcullayev düşünüb, axtarıb, Azərbaycanla bağlılığı olan oyunçuları tapıb. Bu addım məntiqlidir. Amma əminəm ki, həmin futbolçuları razı salmaq üçün külli miqdarda pul xərclənib. Amma nə faydası?


Pullar havaya sovrulur. Yerli akademiyalara, infrastruktura, gənc oyunçuların yetişdirilməsinə xərclənməli olan vəsait indi başqa istiqamətə axır. Dünya Çempionatı keçib gedəcək. Geriyə isə nə qalacaq? Sırf turnir üçün gətirilmiş və işi bitəndə yoxa çıxacaq legionerlər. Özümüzkülər illərlə "bizə yer yoxdur" deyə çabalayarkən, federasiya pulları "hazır" legionerlərə xərcləyir. İdarəçilər bugünkü rüsvayçılıqdan yayınmaq üçün sabahkı futbolumuzu da qurban verirlər.


Oyun bitib işıqlar sönəndə, meydanda köksüz bir komanda, kənarda isə öz doğma torpağında ögey olan yerli uşaqlar qalacaq. Onların günahı yoxdur. Əvvəlki federasiyanın bacarıqsızlığı və indiki rəhbərliyin qorxaqlığı üzündən boyunları bükük qalıblar.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR