İtaliya millisinin üzvü “Roma” yolunda

Bölmə adı İtaliya
Yayımlandı 28-05-2026, 21:56

"Atalanta"nın hücumçusu Canluka Skamakka A Seriyasında klubunu dəyişəməyə yaxındır.


Sport1.az xəbər verir ki, "Roma" italiyalı forvardı transfer etmək istəyir. 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.


Paytaxt klubu 27 yaşlı futbolçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında müzakirələr davam edir.


Qeyd edək ki, "Atalanta" Canluka Skamakkanı 2023-cü ilin yayında "Vest Hem"dən 28 milyon avroya transfer edib. İtaliya millisinin üzvü 2025/2026 mövsümündə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Müəllif: Cahan