
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Sport1.az xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığmamız 22-27 may tarixlərində Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib.
Komandamız hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).
Qeyd edək ki, millimiz Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.