son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək

Bölmə adı Futbol
Yayımlandı 29-05-2026, 15:38

PSJ futbolçularına Çempionlar Liqasını qazanacaqları halda böyük məbləğdə mükafat veriləcək.


Sport1.az xəbər verir ki, Fransa təmsilçisi mayın 30-da turnirin finalında "Arsenal"la qarşılaşacaq.



L’Équipe nəşrinin yaydığı məlumata görə, qələbə qazanılacağı təqdirdə hər futbolçu təxminən 1 milyon avro mükafat alacaq. Bildirilir ki, ötən il Paris klubunun ÇL-də "Inter"i 5:0 hesabı ilə məğlub edərək kuboku qazandığı vaxt da eyni məbləğ ödənilmişdi.


Mənbənin məlumatına görə, əksər böyük Avropa klublarında olduğu kimi, bonus məsələləri mövsümün əvvəlində müzakirə olunub. PSJ rəhbərliyi ilə danışıqları komandanın kapitanları – Markinyos, Əşrəf Hakimi, Usman Dembele və Vitinya aparıb.


Qeyd olunur ki, Liqa 1-də futbolçulara yalnız çempionluq halında bonus verilir. Eyni prinsip Çempionlar Liqasında da tətbiq olunur. Klub rəhbərliyi hesab edir ki, əsas motivasiya pul yox, qazanılan titullar olmalıdır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR