
İtaliya A Seriyasına yüksələn ilk klubun adına aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, "Venetsiya" elitaya vəsiqəni təmin edib.
Covanni Stroppanın rəhbərlik etdiyi kollektiv B Seriyasının 37-ci turunda səfərdə "Spetsiya" ilə 2:2 hesablı heç-heçə edib. Komanda mövsümün bitməsinə bir tur qalmış 3-cü pillədə yer alan "Montsa"dan 4 xal öndədir.
Qeyd edək ki, "Venetsiya" 2021/2022 mövsümündə A Seriyasını tərk etmişdi.