son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Ramiz Məmmədov: “Tural Qurbanovun bu oyuna təyinatı yersiz idi”

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-05-2026, 20:58

“Mingəçevir” bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında “Qəbələ” ilə üz-üzə gəlib.


Sport1.az xəbər verir ki, Sumqayıtda keçirilən oyundan sonra bölgə təmsilçinin baş məşqçisi Ramiz Məmmədovun mətbuat konfransı olub.


Məmmədov 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Uşaqlara “sağ ol” deyirəm. Əla oyun oldu. Komandamın oyunundan razı qaldım. Narazı qaldığım məqamlar oldu. Hakimliklə bağlı danışan adam deyil. Məncə, bu oyuna Tural Qurbanovun təyinatı yersiz idi.


Mövqelərə baxsaq, o mövqedə cərimə yox idi. Penalti epizoduna baxdıqda isə orada düzgün qərar verilmədi. Həmin epizodda ilk olaraq “Qəbələ”nin oyunçusu bizim futbolçunu itələyir. Həmin anda avantaja buraxmamalı idi. Oyunun qırılma anı sırf hakim hesabına oldu.


“Qəbələ”yə uğurlar arzulayıram”.


“Mingəçevir” növbəti mövsümdə çıxışını 1-ci Liqada davam etdirəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR