
“Real”ın yarımmüdafiəçisi Brahim Diaz İtaliyaya qayıda bilər.
Sport1.az “Tuttosport”a istinadən xəbər verir ki, “Yuventus” mərakeşli futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
Turin klubu artıq Mərakeş millisinin üzvünün agentlərini razı salmağa çalışır.
Lakin “Real” Brahim Diazla bağlı mövqeyi yeni baş məşqçi təyin edildikdən sonra açıqlanacaq. 26 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Brahim “Mançester Siti”, “Milan” klublarında oynayıb.