
İstanbul həmişə böyük imperiyaların maraq dariəsində olub. Bu şəhərin təməli qoyulandan əksər imperiyalar ona sahiblənməyi arzulayıblar. İngilis və alman imperiyalarıda heç zaman istisna olmayıblar. Bu gündə almanlar və britaniyalılar növbətti dəfə İstanbulu fəth etmək üçün öz ordularını Türkiyəyə göndərirlər. Amma bu dəfə əsgərlər yox futbolçular döyüşə göndərilir, döyüş isə savaş meydanında yox, futbol meydanında baş tutacaq. Bu gün Bakı vaxtı ilə saat 23:00-da “Beşiktaş Park” stadionunda Avropa Liqasının finalı çərçivəsində “Frayburq” “Aston Villa” ilə qarşılaşacaq.
Bir tərəfdə 122 illik tarixində ən böyük uğuru 1 dəfə Almaniya çempionu(1994/95) və 1 dəfə Almaniya kuboku (2021/22) olan, amma heç vaxt Avropada nəiknki bir kubok qazanmamış heç final belə oynamamış, lakin kollektiv ruh və aqressiv pressinqlə bura qədər gəlmiş Yulian Şuşterin "Frayburq"u; digər tərəfdə isə İngiltərənin ən titullu klublarından olan, 1982-ci ilin Çempionlar Kubokunu qazanamış “Aston Villa” və Avropa Liqasını şəxsi labaratoriyasına çevirmiş birmingermlilərin baş məşqçisi Unai Emeri
İstanbula Aparan Yol:
“Frayburq” (Liqa mərhləsinin 7-cisi) Liqa mərhələsində cəmi 1 dəfə sonuncu turda “Lill”ə məğlub olan Yulian Şuşterin yetirmələri, pley-offun 1/8 və 1/4 finalında da çox əziyyət çəkmədilər. 1/8 finalda “Genk” (ümumi hesab 5:2) və 1/4 finalda “Selta” (ümumi hesab 6:1) səddini asanlıla aşdılar. “Frayburq” yalnız yarımfinalda Portuqaliya “Braqası” ilə oyunda əziyyət çəkdilər. İlk oyundan səfərdə 2:1 hesabı ilə məğlub olan almanlar, evdə 6-cı dəqiqə azlıqda qalan “Braqa”nı 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazandılar.
Aston Villa (Liqa mərhələsinin 2-cisi): Birmingem təmsilçisi isə finala gedən yolu “bir nəfəsə keçdilər” desək doğru olar. Liqa mərhələsində 8 oyunun 7-də qalib gələn və yalnız 1 oyunda məğlub olan Unay Emerinin yetirmələri pley-off mərhələsində də çox əziyyət çəkmədilər. 1/8 finalda " Lill"i ( ümumi 3:0) məğlub etdilər 1/4 finalda "Bolonya" darmadağın edildi (ümumi 7:1). Yarımfinalda "Nottinqem Forest"ə qarşı ilk matçdakı minimal (0:1) məğlubiyyət belə birmingemliləri sarsıtmadı və evdəki 4:0-lıq qələbə ilə “Aston Villa” turnirin əsas favoriti olduğunu bir daha təsdiqlədi.
Heyətlər
“Frayburq”:
Yulian Şuster komandasını 4-2-3-1 hibrid sistemi ilə meydana çıxır. Komandanın əsas itkisi yaponiyalı vinger Yuito Suzukinin (körpücük sümüyünün sınması) yoxluğudur. Suzuki Şusterin vertikal hücum keçidləri üçün əvəzedilməz futbolçudur. Bu mövsüm “Frayburq”un Avropa Liqasındakı uğurunun əsas pay sahiblərindən biri turnirdə 4 qol 2 assistlə yadda qalan Yutio idi.
Ehtimal olunan heyət: Atubulu – Kubler, Ginter, Linhar, Günter – Eggeştayn, Manzambi Beste, Hefler, Qrifo – Matanoviç.
Aston Villa:
Unai Emeri özünün klassik 4-2-3-1 düzülüşünə sadiqdir. Birmingemlilər final qabağı elədə ciddi itkilərlə üzləşməyiblər. Yalnız Ross Barkli və Bubakar Kamaranın yoxluğunu qabartmaq olar. Amma Barkli onsuzda əsas heyətin əvəzolunmaz ismi hesab edilmir və onu Avropa Liqasının iştirak siyahasına heç salmayıblar, Babakar isə qışdan sıradan çıxıb və komanda artıq ounun yoxluğuna öyrəşib.
Ehtimal olunan heyət: E. Martines – Keş, Konsa, Pau Torres, Din – Tilemans, Lindelöf MakGinn, Rocers, Buendia – Uotkins.
Komandaların taktiki planları
“Frayburq”
Yulian Şuster müəllimi əfsanəvi Kristian Ştrayxın mirasını mükəmməlləşdirib. “Frayburq” topu itirən kimi dərhal pressinq (gegenpressing) tətbiq edir. Almanlar hücuma eyni anda 7 oyunçu ilə çıxdığı, lakin xətlər arasındakı məsafəni çox dar saxlayırlar. Müdafiədə Ginter və Linhart rəqib hücumçulara qarşı birə-bir oynayırlar. Mərkəzdə 20 yaşlı İohan Manzambinin əsas fiqurdur. Amma bu mövsümkü götəriciləri gözoxşayır (72 top alma, 97 qazanılmış ikili mübarizə). O, mərkəzdə dinamizmi təmin edir və topun itirlərkən rəqibin hücuma sürətli keçidinin qarşını alır.
Hücumun yaradıcı beyni isə 33 yaşlı Vinçenzo Qrifodur. Sol cinahdan mərkəzə doğru yönələrək rəqibin cərimə meydançasına daxil olan vingerin sağ ayağı ilə vurduğu zərbələr Frayburqun ən böyük silahıdır (turnirdə 5 qol 4 assist)
2. “Aston Villa”
Unai Emeri rəqib pressinqini sındırmaq üçün maraqlı bir plan tətbiq edir. Kağız üzərində cinah oyunçuları olan Buendia və MakGinn hücum zamanı tamamilə mərkəzə doğru sıxlaşırlar. Bu mərkəzdə dar bucaqlar yaradır və qısa ötürmələrlə rəqibin pressinqini keçməyə imkan verir . Bu sıxlıq birmingemlerinin hücumlarının qarşısını almaq üçün rəqib mərkəz müdafiəçilərinidə irəli çıxmağa məcbur edir.
Məhz bu anda səhnəyə Morgan Rocers və Olli Uotkins çıxır. Rocers turnirdə rəqib cərimə meydançasında topa ən çox təmas edən futbolçudur (65 dəfə) və ən çox qol şansı yaradan (27 dəfə) oyunçudur. O, topu alıb rəqib müdafiəçiləri özünə çəkən kimi, Uotkins müdafiənin arxasına keçidlər edir. "Liverpul"a 2 qol vuran Uotkins, bu boşluqlardan yararlanmaqda Avropanın ən yaxşılarından biridir.
Matçın taleyini həll edəcək 3 kritik duel
Frayburq - Aston Villa
İohan Manzambi vs Tilemans – mərkəzə kimin ağalıq edəcəyi məhz bu ikilinin duelindən asılıdır
Vinçenzo Qrifo vs Matti Keş – “Frayburqun” hücumda nə qədər təhlükəli olması bu iki futbolçunun qarşıdurmasından asılı olacaq.
Ginter + Linhart vs Olli Uotkins – “Frayburqun” qapısını toxunulmaz saxlayıb-saxlamayacağı bu dueldən asılıdır
Manzambi vs “Villa”nın mərkəzi: Manzambi fiziki üstünlüyü ilə Tilemans və Lindelöf üzərində təzyiq quracaq. Bu dueli kim qazansa, oyunun tempini o müəyyənləşdirəcək.
Qrifo vs Matti Keş: Qrifonun sağ ayağına çəkib vurduğu zərbələrin qarşısını almaq Keşin bu gecəki ən böyük missiyasıdır. Keş rəqibə içəri girmək üçün boşluq versə, Qrifo birmingemliləri mütləq cəzalandıracaq
Qələbə Ssenariləri: Kubok Kimin Olacaq?
“Frayburq”un oyuna planı: erkən qol
Almanlar neytral meydanda oynadıqları üçün ev atmosferi üstünlüyündən məhrumdurlar (hansı ki, evdə 7-də 7 etmişdilər). Onların qələbə ssenarisi ilk 30 dəqiqədə gegenpressinqlə gələcək bir erkən qoldan asılıdır. “Aston Villa”nın mərkəz xəttindəki əsas zəif fiqur hesab edilən Lindelöfə təzyiq göstərmək və onu səhv etməyə məcbur etmək.
“Aston Villa”nın oyun planı: səbr
Emeri finalı idarəetmə sənətini hamıdan yaxşı bilir (4 Avropa Liqası kuboku). Birmingemlilər matçın əvvəlində “Frayburq” gözlənilən təzyiqini soyuqqanlılıqla dəf etməlidir. Emeri riks etməyi sevmir və oyunun birinci hissəsində adətən ehtiyyatlı, az güc sərf etməklə keçirməyi sevir. “Aston Villa” ikinci hissənin komandası kimi tanınır. Təsadüfü deyil ki,birmingermlilər İngiltərə Premyer Liqasında birinci hissədə ən az qələbə qazanan komandalardandır. Almanların yüksək pressinqi isə fiziki olaraq 90 dəqiqə eyni tempdə etməsi fiziki olaraq mümkün deyil. Təzyiq azalan kimi Rocers xətlər arasındakı dəhlizləri tapmağa və Uotkinsi qapıçı Atubulu ilə qarşı-karşıya qoymağa çalışacaq. Həmçinin, oyun əgər əlavə vaxta getsə, “Aston Villa”nın skamyasının dərinliyi onlara əlavə üstünlük verir.