son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

I Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlumdur

Bölmə adı Futbol / I Liqa
Yayımlandı 22-05-2026, 15:24

I Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, I Liqanın 9-cusu “Şimal”ın və II Liqanın 2-cisi “Qaradağ Lökbatan”ın nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Şimal” menecer Taleh Bədirxanov, “Qaradağ Lökbatan” isə klubun baş meneceri Bəbir Həsənov ilə təmsil olunub. Püşkatmaya əsasən “Şimal” nominal meydan sahibi olub və nominal meydan sahibi kimi bütün təşkilati məsələləri həyata keçirəcək.



Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər nüanslarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.



PFL-in qərarına əsasən, I Liqa uğrunda pley-off oyunu 27 may tarixində Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 16:00-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR