“Barselona” klubu gələn yayadək 100 milyon avro toplamaq niyyətindədir.
Sport1.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məqsəd “Atletiko Madrid”dən Xulian Alvaresi almaqdır.
Argentinalı hücumçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilədəkdir. Lakin onun klubdakı vəziyyətindən narazı olduğu bildirilir.
Qeyd edək ki, "Atletiko"da bir ildən çox müddətdə Alvares 58 oyun keçirib, 30 qol vurub və 8 məhsuldar ötürmə edib.
Sport1.az