FİFA referisi Əli Cəbrayılov növbəti beynəlxalq təyinat alıb.
Sport1.az xəbər verir ki, azərbaycanlı futzal hakimi UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaq. Qarşılaşmalar Bolqarıstanda təşkil olunacaq.
Cəbrayılov avqustun 27-də baş tutacaq iki görüşdə — Bolqarıstan təmsilçisi “Viten Orşa” ilə Cəbəllütariqin “Europa” klubları arasındakı oyunda 3-cü, Almaniyanın “Veilimdorf” – “Levski” (Bolqarıstan) matçında isə 2-ci hakim olacaq.
Həmyerlimiz ertəsi gün baş tutacaq “Veilimdorf” – “Viten Orşa” görüşünə isə baş hakim təyin olunub. Qrupun son turunun oyunlarına təyinatlar isə hələ ki açıqlanmayıb.
Sport1.az