Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 Dünya Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub.
Azərbaycan idmançısı finalda münbarizə aparıb. Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız Dünya Çempionu olub. Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
Sport1.az