“Mançester Yunayted” və “Çelsi” “Barselona”nın gənc yarımmüdafiəçisi Fermin Lopesin transfer etmək uğrunda mübarizəyə başlayıb.
Sport1.az xəbər verir ki, hər iki klub ispan futbolçu üçün yüksək məbləğdə təklif irəli sürüb.
Lakin “Barsa” daxilində oyunçunun satışı ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, “kataloniyalılar”ın baş məşqçi Hansi Flik onun komandada qalmasını istəyir, klub rəhbərliyi isə oyunçunu satmağın tərəfdarıdır.
Qeyd edək ki, 23 yaşlı futbolçu indiyədək “Barselona”nın heyətində 89 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az