"Sportinq"in futbolçusu Konrad Harder İtaliyanın "Milan" klubundan təklif alıb.Sport1.az "Record Portugal" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avrodur.
İtaliya klubu oyunçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, K.Harderin klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Sport1.az