"Ordu"nun qolkiperi Zeynal Əhmədzadənin Sport1.az-a müsahibəsi...-
I Liqanın son turunda "Qaradağ Lökbatan"ı səfərdə 1:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı fikirlərin maraqlıdır...- Görüş çox çətin keçdi. Matçın gərgin olacağını əvvəlcədən bilirdik. Aşağı liqaya düşmə təhlükəmiz olduğuna üçün qələbə çox vacib idi. Şükürlər olsun, nəticədə 3 xal bizim oldu. Komandam adına çox sevincliyəm.
-
Matçda hər iki tərəfdə çox gərgin və stressli idi. Səncə, bunun səbəbi nə idi?- Hər iki tərəf 3 xalı qazanıb, elitada qalmaq uğrunda mübarizədə bir addım illərində olmaq istəyirdi. Bu kimi matçlarda belə gərginliklər normaldır.
-
Görüşdə komandanın ən yaxşılarından biri də sən idin. Öz performansınla bağlı nə deyə bilərsən? - Komanda olaraq qələbə üçün əlimizdən gələnin ən yaxşısını etdik. Bu oyunun məsuliyyətini dərk edirdik. Komandam üçün ən yaxşısını bacardığımı düşünürəm. Ümid edirəm qələbələrimiz növbəti oyunlarda da davam edəcək.
EMİN ZEYNALLI