son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

Bölmə adı Futbol / Çempionlar Liqası / Avropa Liqası / Konfrans Liqası / Manşet
Yayımlandı 16-06-2026, 09:00

Bu gün avrokuboklarda 2026/27 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.


Sport1.az xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.


UEFA-nın rəsmi təqviminə əsasən, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə klubların ilk rəqibləri müəyyənləşəcək.


Bildirilir ki, sabah - iyunun 17-də isə turnirlərin II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.


Püşkatmada ölkə çempionu "Sabah" Çempionlar Liqasının, "Qarabağ" isə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibini tanıyacaq.


Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaqlar.


Püşkatma zamanı "Qarabağ" və "Zirə" güclülər (səpələnmişlər), "Neftçi" isə zəiflər (səpələnməmişlər) səbətində yer alacaq.


Qeyd edək ki, yeni reqlamentə əsasən, Çempionlar Liqasında ilk oyunlar 7-8 iyulda, Avropa və Konfrans Liqasında isə 9 iyulda start götürəcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR