
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sport1.az-ın məlumatına görə, Bakı klubunun mümkün rəqibləri yeddiyə düşüb.
Bunlar İrlandiyanın "Şemrok Rovers", Finlandiyanın "KuPS", Cəbəllütariqin "Linkoln", Latviyanın "Riqa", Estoniyanın "Flora", Şimali İrlandiyanın "Larne" və Uelsin TNS klublarıdır.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.