
Neymar Braziliya millisinin DÇ-2026-da qrup mərhələsindəki ikinci görüşünü də buraxacaq.
Sport1.az xəbər verir ki, bu barədə jurnalist Rays Simplisio məlumat yayıb. O, 34 yaşlı hücumçunun Haiti ilə matçda meydana çıxmayacağını bildirib.
Neymar mayın 17-dən zədəlidir. O, yığmaya dəvət alsa da, Mərakeşlə ilk matçda da iştirak etməyib.
Haiti – Braziliya oyunu iyunun 20-də keçiriləcək.