son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

"Bu komandalar elitaya vəsiqəni de-fakto təmin ediblər" - Qəzənfər Abbasov

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 10-04-2025, 14:31

I Liqanın başa çatmasına 7 həftə qalır.

“Qəbələ” XX turda elitaya vəsiqəni təmin etsə də, çempionluğunu hələ rəsmləşdirməyib. Premyer Liqaya yüksəlməyə əsas namizədlər “Karvan” ilə “İmişli” olsa da, “Baku Sportinq” və “Zaqatala”nın da şansları qalır.

Bundan əlavə, I Liqanın zirzəmisində hazırda “Qaradağ Lökbatan” yer alsa da, “Difai” və “Cəbrayıl” da risk zonasındadırlar.

Görəsən, güclülər dəstəsinə vəsiqəni hansı iki komandanın təmin edəcək? II Liqaya kim düşəcək? Suallarımızı Qəzənfər Abbasova ünvanladıq. Mütəxəssis Sport1.az-a bunları söylədi:

“Qəbələ” şübhəsiz çempiondur. Fürsətdən istifadə edərək elitaya vəsiqəni təmin etdikləri üçün onları təbrik edirəm. Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparan “Karvan” ilə “İmişli”nin də şansları digərlərində çoxdur. İnanmıram ki, onlardan hansısa biri üçüncü pillədən aşağı düşsün. Odur ki, böyük ölçüdə bu komandalar da elitaya vəsiqəni de-fakto təmin ediblər. Sadəcə rəsmləşdirmələri qalıb. “Baku Sportinq” ilə “Zaqatala” nə qədər əzmkarlıq sərgiləyib, uğurlu nəticələr qazansalar da, onlardan heç biri mükafatçılar sırasına düşməyəcək. I Liqada qalmaq uğrunda mübarizəyə gəlincə, hazırda ikinci “5-lik” komandalarının hər birini II Liqaya yuvarlanmaq təhlükəsi var. Təbii ki, “Qaradağ Lökbatan”, “Cəbrayıl” və “Difai”nin vəziyyəti daha ağırdır. Qarşıda hələ 7 tur var. Bu müddət ərzində hər bir komanda üçün finala bərabər oyunlar olacaq. Hansı komandanın çempionatla vidalaşacağını demək çox çətin, hətta mümkünsüzdür. “Qaradağ Lökbatan” I liqadan düşəcəyinə inanmıram. Onların heyətində həm təcrübəli və yaxşı oyunçular var, həm meydanda əzmkarlıqla vuruşurlar. Düzdür, son oyunda onlara texniki məğlubiyyət verilsə də, hər halda rəqibləri ilə xal fərqləri böyük deyil. Onu əritməyə fokuslanacaqlar”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR